“Azadlıq, ya Ölüm””-belədir seçim”


"Azadlıq, ya Ölüm"-belədir seçim

“Azadlıq, ya Ölüm!” belədir seçim,
Dünyadan yaralı mən necə köçüm?!

O gün ki, torpağa nahaqq-qan damdı
Biqeyret övlada ömur haramdı
Torpağın yarası mənim yaramdı
Qaysaqlandı yara, göynədi içim,
Dünyadan yaralı mən necə köçüm?!

Dünən Koroğluydum qılıncımda qan
Yağı düşmənimə vermirdim aman.
Niyə cılızlaşdım mən zaman-zaman?
Bu gün Sumbatlara çatmayır gücüm
Dünyadan yaralı mən necə köçüm?!

Bölündükcə ağır ellər tən yarı
Saç ağardı, ömür yarı, can yarı,
Bir ovuc torpağı gözümün nuru
Konlumə təpərdir suyu bir içim
Dünyadan yaralı mən necə köçüm?!

Xiffət çəkir, elin gözü gözləyir,
Bir millətin oğlu, qızı gözləyir
Babaların yurdu bizi gözləyir
Yetməmiş mənzilə karvanım, köçüm,
Dünyadan yaralı mən necə köçüm?!

Bir dərvişəm, haqqa gedən izim var,
Bir ocagam, od püskürən sözum var,
Şəhid kimi bu gün mənim özüm var
“Azadlıq, ya Ölüm!”- yox başqa şeçim!
Dünyadan yaralı mən necə köçüm?!


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir