AzerRos ADR-in 100 illiyi ilə bağlı dəyirmi masa keçirdi


AzerRos ADR-in 100 illiyi ilə bağlı dəyirmi masa keçirdi
Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyi çərçivısində tədbirlər davam edir. Bu gün (dünən)Moskvada Azərbaycanlıların Federal Milli Mədəni Muxtariyyəti (AzərRos) ADR-nın yubileyinə həsr olunmuş dəyirmi masa keçirtdi.

Dəyirmi masanın iştirakçıları arasında son günlər “Kafkazskie trio” (“Qafqaz üçlüyü”) filmnə görə ittihamlara məruz qalan tanınmış kinorejissor Rüstəm İbrahimbəyov da vardı. Yığıncağa bir az gec gəlib tez gedən kinorejissorun “baxılmamış” filminə “baxmasam da pisdir” prizmasından yanaşıb onun burada olmasına etiraz edən də tapıldı. Bu haqda bir azdan.

Bayram auralı tədbir azərbaycanlı messenat Şəmsi Əsədullayevin evində yerləşən “Tatarların mədəniyyət mərkəzi”ndə baş tutdu. Təbdirin moderatoru filosof Şaiq Məmmədova qonaqları və tədbir iştirakçılarını salamlayıb, onları Respublika günü münasibətilə təbrik etdi. O, Azərbaycan Demokratik Cümhuriyyətinin yaranma tarixinə qısa ekskursla başlayan nitqindən sonra sözü AzerRRosun rəhbəri Mehriban Sadıqovaya verdi. Bu zaman… Yığıncağa son günlər “Kafkazskie trio” (Qafqaz üçlüyü) filminə görə ittihamlara məruz qalan Rüstəm İbrahimbəyovun daxil olması havanı bir az tündləşdirdi.Onun gəlişinə etiraz əlaməti olaraq tədbir başlayanda yuxarı başda yer alan Rusiyadakı keçmiş Azərbaycan etno-məktəbinin keçmiş direktoru Aida Quliyeva salonu nümayişkaranə surətdə tərk etdi.Yaşanan ötəri qısa gərginlik tez sovuşdu.

M. Sadıqova qaldığı yerdən davam edərək 2018-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin ADR-in 100 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncama uyğun olaraq milli muxtariyyətin şöbələrinin bu tarixi bayramı Rusiyanın bütün bölgələrində təntənəli şəkildə qeyd etdiklərindən danışdı.

ADR-in “dünənindən bu gününə” -iki baxışı əhatə edən- “M.Ə.Rəsulzadə- azərbaycanlıların milli ideologiyasının banisi” mövzusunda tarix elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyası arxeologiya və etnoqrafiya institutunun aparıcı elmi işçisi Adın Balayevin və “ADR dövlətçiliyinin siyasi-hüquqi legitimliyi və indiki nəticələri” mövzusunda tanınmış rus tarixçisi, siyasi analitik, tarix elmləri namizədi Oleq Kuznetsovun hesbatları dinlənildi.

Tarixçi ailmlər hesabatları ətrafında iştirakçıların onlara yönəlmiş cümhuriyyət tarixi, bu yolda edilən səhvlər və digər suallarını cavablandırdılar.

Qeyd edək ki, 100 illiyə həsr olunmuş tədbirdə AzerRosun və Rusiyada fəaliyyət göstərən müxtəlif azərbaycalı icmanın nümayəndələri, tarixçi ailmləri, mətbuat üzvləri iştirak edirdilər.

Diskusiyalar, müzakirələr şirniyyatlı çay süfrəsi ətrafında da davam etdi.

Tünzalə Vəliqızı
Moskva, 31may 2018

FOTOLAR

AzerRos ADR-in 100 illiyi ilə bağlı dəyirmi masa keçirdi
AzerRos ADR-in 100 illiyi ilə bağlı dəyirmi masa keçirdi
AzerRos ADR-in 100 illiyi ilə bağlı dəyirmi masa keçirdi
AzerRos ADR-in 100 illiyi ilə bağlı dəyirmi masa keçirdi


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir