AzerRoss-un 20 illiyinə həsr olunmuş elmi-praktik konfransdan


AzerRoss-un   20 illiyinə həsr olunmuş elmi-praktik konfransdan
Ayrılıqdan doğan birlik və ya…

Bəzi məqamlar

“Məndən olan” , “Mənlə olan” paradoksundan …

Iki təşkilat bir konfederasiya …

“Qarabağ problemi”ni qaldırmaq, ona cavab istəmək istimai təşkilatın işi deyil” “tədrisi” ..

İctimai təşkilatı siyasiləşdirmək yolverilməzdir tezisi və dahası…

Moskvadakı “Delta” otelinin “Vladimir” konfrans zalında öz işinə başlayan Rusiyanın milli-mədəni muxtariyyəti: tapşırıqlar, problemlər, perspektivlər” elmi-praktik konfransında fərqli ideya və təkliflər ortaya atıldı, mövzu ətrafında müxtəlif fikirlər səsləndi. Təşkilatın gördüyü işlər, öhdəlikləri və digər təşkilatlarla birgə fəlaiyyətinin mümkün “yol xəritəsi” kimi mühüm məsələlər geniş diskusiya doğurdu.

İki hissədən ibarət olan konfransın birinci hissəsində Moskvaərtafı və Rusiyanın digər regionlardan gələn nümayəndələrin çıxışları və onun ətrafında müzakiərlər nəzərdə tutulmuşdu.

Konfransı AzerRossun prezidenti Mehriban Sadıqova açdı. Azərbaycan xaqını və salonda toplaşan iştirakçıları Milli Müstəqillik günü münasibətilə təbrik edən xanım Sadıqova təşkilata rəhbərlik etdiyi son 5 ildə fəaliyyətində ona dəstək verənlərə təşəkkür etməyi də unutmadı.

“Bugünkü platformanın qarşılıqlı anlaşma, dostluq və əməkdaşlığa da meydan olacağına” ümidvar olduğunu dedi.

Konfransın moderatorluğunu isə təqdimata ehtiyacı olmayan, sosial şəbəkələrdən də aktiv fəaliyyətini izlədiyimiz, uzun zaman AzerRossun Nijni-Novqorod bölməsinin rəhbəri olmuş, hazırda isə sadəcə AzərRossun idarə heyətinin üzvü Vidadi Abbasov öz üzərinə götürmüşdü.

V.Abbasov Azərbaycan tarixində ən əlamətdar gün olan Milli Müstəqilliyin əldə olunması yolunda canından keçənlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.

Sonra AzərRossun dəvətini qəbul edərək konfransda iştirak edən akademik Fazil Qurbanov ( tarixin arxivinə gömülmüş VAK-ın varisi sayılan qəti adı müəyyənləşməmiş təşkilatın rəhbəri -red. T.V. ) və komandasını salamlayan moderator: “Azərbaycanlılar eldə və evdə sözü ilk ağsaqqala verər”,- deyə ilk sözü də tanınmış akademikə verdi.

Akademik Fazil Qurbanov da öz növbəsində çıxışına onu buraya dəvət etdiklərinə görə başda Mehriban Sadıqova olmaqla tədbirin təşkilatçılarına təşəkkürlə başladı.

“Milli Müstəqillik bayramı və eləcə də 20 illik yubiley bizim bütün diasporamızın bayramıdır. Bu çətin və məsuliyyətli işin yükünü zərif çiyinlərinə götürən Mehriban xanımın xidməti az deyil və onu təbrik edirəm”.
AzerRoss-un   20 illiyinə həsr olunmuş elmi-praktik konfransdan
“Biz bir yerdə olsaq problemlərimizi həll edə bilərik. Bizim məqsədimiz birdirsə, niyə biz barrikadanın ayrı-ayrı tərəflərində dayanmalıyıq?! Məgər bizim birliyimiz bizim imkanlarımızı gücləndirməzmi?!”-ritorik sualları ilə Fazil Qurbanov ictimaii cəmiyyətləri birləşdirəcək yeni bir mexanizmin yaradılmasına ehtiyac olduğunu bildirdi. Və iki diasporu bir araya gətirməyin yolinun bir konfederasiyada birləşməsi ola bilər dedi.

Diaspor tarixində zaman-zaman ayrı-ayrı müstəvilərdə çəkişmələri ilə xatırlanan iki böyük təşkilatın (ikincinin qeydiyyatı olmasa da, ətrafında müəyyən ciddi toplumu birləşdirməsi də təkzibolunmazdır-red.T.V) rəhbərinin bir yerdə olması bu konfransda yaşanan ilkinlərdəndi.

Vidadi Abbasov Fazil Qurbanovu rəyasət kürsüsündə – onlarla birlikdə oturmağa çağırdı.

Yığıncaqda diaspor fəaliyyətinin nədən ibarət olması, təşkilata bu sahədə ixtisaslaşmamış kardların rəhbər seçilməsinə imkan verilməməsi, “Azərbaycan Mədəniyyət evi”nin olmaması və illərdir həllini tapmayan bu kimi vacib məsələlər sadalandı. Hər bir çıxışın sonunda isə “biz sözdə daha çox birlikdən danışıb, onu sözdən əməli işə daşıya bilməyənlərdənik” vurğusu eşidildi.

Azərbaycanlıların diaspora “mən gedib cinayət edəcəm, sən məni qurtarmağa borclusan” səpkili işləri həyata keçirən , xeyriyyə qurumu kimi baxıldığını söyləyən diaspor rəhbəri Nəsrəddin Əhmədov, bəzilərində milli şüurun zəif olmasına təəssüfləndi. “Bundan –milli şüur formalaşdlrmaqdan başlamaq lazimdir”.

N. Əhmədov “İctimai təşkilat dilimizi, milli irsimizi qorumaq və onu yaşadığımız subyektlərdə təbig etməklə məşğul olan toplumdur. O siyasi qurum deyil”-bəzilərinin onun siyasi qurum olaraq görməsinin yanlışlığını da dilə gətirdi.

Konfransda ən çox səslənən problemlərdən biri də “Azərbaycan Mədəniyyət evi”nin olmaması oldu. Kaluqa vilayətində soydaşımız Ruslan Bayramovun tikdirdiyi dünya mədəniyyətlərini birləşdirən ümimi ev- “Etnomir” dən söhbət açıldı.

“Orada dünya ölkələrinin mədəni irsini təblig edən evlər var, amma bizim yoxdur. Niyə yoxdur? Saratovda, Samara, Yaroslavlda öz vəsaiti ilə belə Mədəniyyət mərkəzi tikdirənlər var. Bəs başqaları nə edir? Bir-birimizlə çəkişməkdənsə bunu edə bilmərikmi?”- suallarlı ilə salona müraciət edən moderator Vidadi Abbasov bir anlıq emosiyaya qapıldı.

Toplantılarının hər zaman demokratik şəraitdə keçirilidiyini vurğulayan moderatorla iştirakçılar arasında xırda gərginliklər yaşanan məqamlar da oldu.
AzerRoss-un   20 illiyinə həsr olunmuş elmi-praktik konfransdan

Bu gərginliyi əlində gül dəstəsi ilə tribunaya qalxan Ximki şəhər dumasının deputatı Xanoğlan Əliyev aradan qaldırdı. İki gözəl əlamətdar günü bir arada qeyd etməyin sevincini yaşadığını söyləyən Xanoğlan Əliyev Müstəqillik günü və AzerRossun yubileyi münasibətilə hər kəsi və Mehriban Sadıqovanı xoş arzularla təbrik edib, problemləri xoş münasibətlərlə çözmək olar mesajını verdi.

Konfransda Samara azərbaycanlıları liqasının sədri Şirvan Kərimovun diasporanın fəaliyyətini ekspert kimi dəyərləndirməsi maraqla dinlənildi.

Özündən əvvəl çıxış edən cəmiyyət yetkililərinin fikrilərinə hörmətlə yanaşaraq bəzi məqamlarla razılaşmadığını deyən Şirvan Kərimov 16 ildir diaspor fəaliyyəti ilə məşğul olduğunu və dediklərinin ekspert rəyi kimi qəbul edilməsini rica etdi.

“İdeya axtarmaq lazim deyil. Əsas dili qorumaqdır, onu qoruyuruqsa, onun yaratdığı musiqini qoruyuruq, mədəniyyəti qoruyuruq”.

Fazil Qurbanovun “Azərbahycan Mədəniyyət evi” yaradılması, tikilməsi təklifinə münasibət bildirərək təcrübədə bu halla qarşılaşdıqlarından misal gətirdi.

İctimai təşkilat kimlərinsə topladığı vəsaitlə nəyi isə tikəcəkcə, sabah onun “payçı”larının çıxacağına diqqət çəkdi. “ Iki yolu var. Ya böyük oliqarxlar tikməlidir bunu, ya da Azərbaycan dövləti. Ən yaxşı birinci variantdır”.

Diasporada lobbiçilik məsələsinə isə tanınmış iş adamları Vaqif Ələkbərov, Araz Ağalarovu misal gətirərək “onlara lobbiçilik üçün ictimai təşkilat lazım deyil” -dedi.

“Birlik gözəl səslənir. Lakin müxtəlif əqidəli insanların bir qurumda birləşməsi müşkül məsələdir”.

Bu gün enişləri, yoxuşları müzakirə olunan diaspora fəaliyyətinin durduğu yerdən tərpənməsi, problemlərdən sıyrılması üçün təşkilat yenilənməlidir”.

Qarabağ problemi ilə bağlı”-Mən işğal olunmuş 7 rayondan biri Zənglandan çıxmışam. Mənim əcdadlaırmın qəbri ordadır. Mən bu problemdən kənarda qalmamalıyam. Tarixi vətənimizin torpaqları işğaldadırsa, onun məsuliyyətini biz hamımız daşımalıyıq”. Bunlar da Şirvan Kərimovun söylədiyi tezislərdəndi.
AzerRoss-un   20 illiyinə həsr olunmuş elmi-praktik konfransdan

Konfransın işində qonaq kimi iştirak edən Qarabağ Azadlıq təşkilatının sədri Akif Nağı “tənqidi, təhlili çıxışlar, səslənən nöqsanlar onu göstərir ki, Rusiyadakı cəmiyyıətlər işləyir. Çünki iş olmasaydı, bu gün burada nöqsanlardan söz açılmazdı. Sizlərin də vurğuladığı kimi, tarixi vətənimiz Azərbaycanın haqq səsinin duyulmasına təkan olmaqdan ötrü sizin güclənməniz lazımdır. Bunun üçün də birlik vacibdir. Bu birlik də Qarabağın azad olunması ideyası ətrafında ola bilər”-dedi.

Digər çıxış edənlər: Ryazan təşkilatından Samir Qarayev, Arxangelsk cəmiyyətindən Tərlan Qasımov, Vladiqafqazdan Çingiz Musayev, Moskva Azərbaycan gəncləri mədəniyyəti fondundan Şamil Tağıyev, Moskva vilayəti bölməsindən Elşən İbrahimov, eləcə də jurnalisilər Cəfərsadıq Abbasov Roman Ağayevin səsləndirdikləri təkliflər maraqla qarşılandı.

Birinci hissənin sonunda AzerRossun prezidneti Mehriban Sadıqova konfransın işində öz təcrübələrini bölüşən, fikir və təkliflərini irəli sürən iştirakçılara dərin təşəkkürünü birdirdi.

Moderator Vidadi Abbasov belə görüş və konfransların ümumi işin güclənməsinə təkan verdiyini, ortaya qoyulmuş konfederasiya və ya birləşmənin alternativ yollarının tapılması , konstruktiv həlli üçün uzunmüddətli çalışmalara ehtiyac olduğunu qeyd etdi.

Konfrasnın ikinsi hissəsində Rusiyada fəaliyyət göstərən xalqların milli mədəni müxtariyyətlərinin rəhbrləri, Rusiya prezident aparatı diaspora işi üzrə komitənin yetkililəri iştirak edirdi.

Tünzalə Vəliqızı
Moskva.
18.10.2019

P.S. Onu da qeyd edim ki, elmi-praktik konfrans adı ilə təqdim olunan yığıncaq əslində yubiley münasibətilə keçirilən hesabat xarakteri daşıyırdı.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir