Bəşər Əsədin qardaşı Mahir Əsədin ayaqlarını itirdiyi iddia edildi


Bəşər Əsədin qardaşı Mahir Əsədin  ayaqlarını itirdiyi  iddia edildi

Suriyanın paytaxtı Dəməşqdə Milli Təhlükəsizlik binasına hücum zamanı Bəşər Əsədin qardaşı Mahir Əsədin ayaqlarını itirmsəsi iddiası irəli sürüldü. Səudiyyə Ərəbistanının “El -Vətən” qəzetində verilən məlumata görə Rusiya Xarici işlər nazirinin müavini Mixail Boqdanov keçən ay Milli Təhlükəsizlik binasına hücumda Bəşər Əsədin qardaşı Mahir əsədin ayaqlarını itirdiyini və hazırda yaşamaqla ölüm arasında mübarizə apardığını bildirib. Rusiya xarici işlər nazirliyi və Boqdanov bu xəbəri təkzib etməyib.

Mahir Əsəd kimdir?

Mahir Əsəd 1967-ci il dekabrın 8-də Hafiz Əsədin 4 oğlundan üçüncüsü olaraq dünyaya gəlib. Mahir Dəməşq Universitetinin maşın mühəndisliyi fakültəsini bitirib. Sonra Hərbi Akademiyanı bitirən Mahir Əsəd “Mühəndis yüzbaşı” rütbəsiylə orduya keçib. Mahir Əsəd Suriya prezidenti Bəşər Əsəddən sonra ən güclü isim kimi qəbul edilir.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir