Bəşər Əsədin sağı, solu çökdürüldü


Bəşər Əsədin sağı, solu çökdürüldü
Suriya Milli Təhlükəsizlik nazirliyi binasını partladanlar və olayda ölənlərin kimliyi haqqında açıqlama verildi. Partlayışın ardınca verilən ik açıqlamada “Milli təhlükəsizliyə zərbə verən əllər kəsiləcək” təhdidiylə bunu törədənlərin cəzalandırılacağı bildirildi.
Hücumda ağır yaralanan daxili işlər naziri Mühammed İbrahim el Şaarın öldüyü xəbəri yayıldı. Anadolu agentliyinin verdiyi məluata görə Şaarın ölüm xəbərini dövlət televiziyası təsdiqləyib.
“Hizbullah”a yaxın sayılan “El Manar” televiziyası eyni zamanda millət vəkili olan general Hasan Türkmecin də ağır yaralardan həlak olduğunu bildirib.
Ali Kəşfiyyat əməliyyat birliyinin başçısı Hafiz Mahlufun da oldürüldüyü iddia edilr. Suriya mediasi hakimiyyətin irəlidə gedən nümayəndələrinin bəzilərinin ağır yaralı olduğu haqqında məlumat verib.

Terroru Azad Suriya ordusu və Liva el İslam adlı qrup öz üzərinə götürüb. Azad Suriya ordusunun Hatayda olan lideri Riyad el Esad Dəməşqdəki hücumu öz gücləri ilə həyata keçirdiklərini təsdiqləyib. Bundan başqa Esad partlamanın terror hücumu olduğunu təkzib edərək, usyançıların nazirlərin toplaşdığı otağa bomba yerləşdirdiyini önə çəkib.
Liva el İslam isə Facebook səhifəsində hücumu onların törətdiyini ifadə edib. Suriya rəsmi xəbər kanalları terrorçunun Esadın yaxınındakılardan birinin cangüdəni olduğunu bildirib.
Suriya ordusunun televiziyadan verilən açıqlamasında ”Silahlı qüvvələr, qatil qruplaşmalarn və günahkarların kökünü qazımaya hazır, hər yerdə onları təqib etməyə qərarlıdır. Bəzi komandirləri hədəfə alaraq Suriyanın biləyini bükə biləcəyini düşünənlər xıyal dünyasında yaşamaqdadırlar”-deyilib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir