Bəhreyn İrandan üzr istəməyi tələb edir


Bəhreyn İrandan üzr istəməyi tələb edir
Bəhreyn höküməti burbaşa efirə verilən Misir prezidenti Mohammed Mursinin çıxışını səhv tərcümə etdiyi üçüm İrana rəsmi etiazını bildirib. Associated Press –in verdiyi məlumata görə rəsmi bildiriş İrana diplomatları vasitəsiylə çatdırılıb.

“Bu kobud səhv, saxtakarlıq və KİV tərəfindən yoverilməz olan hərəkət İran mediasının Bəhreynin daxili işlərinə qaışdığını göstərir ”-deyə Reuters məktubdan çıxarışı yayıb. “Bəhreyn İran hökümətinin öz hərərkətinə görə üzr istəməsini və günahını təmizləmək üçün lazımı ölçü götürməsini tələb edir və oxşar hadisənin bir daha yaşanmayacağına inanmaq istəyir”-məktubda deyilir.

Mohammed Mursi Qoşulmama hərəkatının sammindəki çıxışında Bəşər Əsəd rejimini əzici adlandıraraq tənqid edib və Suriya üsyançılarının tərəfini tutub. Ərəb dilindən fars dilinə çevirəndə tərcüməçi Mursinin nitqində Suriya yerinə Bəhreyn deyib və Misir prezidentinin bu sözləri bir neçə İran mətbuatında yayımalnıb.

Xatırladaq ki, rəsmi Tehran Bəşər Əsədi dəstəkləyir və Suriyaya qarşı beynəlxalq hücumlara qarşı çıxış edir. Bununla yanaşı Bəhreyni şiə-müsəlmanları əzən ölkə kimi kəskin tənqid edir.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir