Bəşər Əsədə 10 gün vaxt verildi


Bəşər Əsədə 10 gün vaxt verildi
Bir sıra Qərb ölkələri Bəşər Əsədə Suriyada 10 gün ərzində təzyiqləri dayandırması üçün ultimatum verildi. Əgər bu müddət ərzində Suriya höküməti buna əməl eyməzsə, Qərb iqtisadi sanksiya tətbiq etməyi tələb edəcək.

Bu tələbli qətnaməyə Böyük Britaniya, Fransa, Almaniya və ABŞ-ı imza atıb. BMT nizamnaməsinin 41-ci maddəsindən irəli gələn tələbləri yerinə yetirməyə israr edəcək. O maddəyə görə hər hansı üçüncü bir ölkənin hərbi müdaxiləsi olmadan iqtisadi sanksiya tətbiq olunur-deyə “İnterfaks” qeyd edir.

Xatırladaq ki, Rusiya BMT Təhluükəsizlik Şurasının Suriyaya sanksiya tətbiq ediləcək qətnaməsinin əleyhinə çıxıb. Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Aleksandr Pankin :“ Biz bu qətnamə əleyhinəyik və sanksiyanın effet verəcəyini düçünmürük” –deyə bildirib. onun sözlərinə görə Moskva Bəşər Əsəd hökümətinə qarşı yönəldilmiş sanksiyanı dəstkləmir. Çin höküməti də rəsmi Moskva ilə eyni fikirdə oldugunu bildirib.

Eyni zamanda Suriyanın İraqdakı səfiri Navaf Fares Suriya hökümətinə etiraz əlaməti olaraq müxalifət tərəfə keçib. “Mən bu andan etibarən Suriyada xalq inqilabının yanındayam. Suriyanın keçirdiyi çətin məqamda bu mənim olacağım yeganə yerdir ”-deyə o bildirib.
Keçmiş səfir tutdugu vəzifəsindən və Baas partiyasının üzvlüyündən istefa etdiyini də əlavə edib. “Mən bütün patriya üzvlərini bu addımı atmaga çağırıram. Çünki bu partiya xalqın azadlıq və özünə hörmət cəhdini əzən rejimin əlində alətə çevrilib”- deyə Fares söyləyib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir