Bəşər Əsədin qardaşı Mahir Əsədin “ayağı” gərginliyə səbəb oldu


Bəşər Əsədin qardaşı Mahir Əsədin “ayağı”  gərginliyə səbəb oldu
Suraya Azad ordusunun hücumu zamanı Bəşər Əsədin qardaşı Mahir Əsədin ayaqlarını itiridyi haqqında xəbər yayan Səudiyyə Ərəbistanının “Əl Vatan” qəzeti məlumatı Rusiya xarici işlər nazirinin koməkçisi Boqdanovun verdiyini iddia etmişdi. Rusiya xarici işlər nazirliyi isə öz növbəsində bu qəzetə belə bir açıqlama vermədiyini bildirərək onları yalan məlumat yaymaqda suçladı.

Rusiya xarici işlər nazirliyindən verilən yazılı açıqlamada “bunun bir media qalmaqalı olduğu” irəli sürüldü.

“Əl -Vatan” qəzeti xəbərin mənbəyi kimi Boqdanovu göstərməkdə israr edərək əllərində onun səs qeydinin olduğunu dilə gətirdi. Ərəbcə danışanın nə ləhcəsi, nə də səs tembri Boqdanovun səsinə oxşamadığı da daha bir müəmmaya səbəb oldu.

Əsas müəmma isə bu mübahisədə Mahirin ayaqlarını itirib-itirməməsi xəbərinin qaranlıq qalmasıdır. Və bunu kimsə nə təsdiq, nə də inkar edir.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir