Babası&quot


Türk siyasətinin "Babası"  Süleyman Dəmirəl vəfat etdi
Türk siyasətinə damğa vuran adlardan biri olan türkiyə Cümhuriyyətinin 9-cü prezidenti Süleyman Dəmirəl vəfat edib Türk siyasətinin ‘Baba’sı Ispartada son səfərinə uğurlanacak.

Dəmirəlin cənazəs tam dəqiq olmayan xəbərlərə görə cümə günü dövlət səviyyəsində keçiriləcək vida mərasimindən sonra şənbə günü İslamköydə torpağa veriləcək.

Dəmirəlin ölümüylə baglı axşam yemək yediyi, ətrafındakılarla sohbet etdiyi, son ana qədər şüurunun açıq olduğu deyilir.

Dəmirəlin qardaşı Şövkət Dəmirəl xəstəliyi səbəbiylə Ispartadaki evində, həkimlərin nəzarəti altında müalicə edilir. Şövkət Dəmirəl xəstə olduğu üçün ona böyük qardaşının ölüm xəbəri hələ ( saat 11:02-yə qədər) verilməyib.

Dəmirəl, bir müddətdir tənəffüs yolları, böyrək və ürək çatmazlığı problemi səbəbiylə Güvən Xəstəxanasında müalicə görürdü. Daha əvvəl eyni xəstəxanada sətəlcəmdən muayinə edilən Dəmirəlin müalicəsi xüsusi otaqda davam etdirilirdi. Dəmirəlin vəfatı gecə yarısı açıqlandı.

İLK DƏFƏ 2005-Cİ İLDƏ müalicə almışdı

Şəxsi doktoru Aylin Cəsur Dəmirəlin davamlı yanında idi. Şəkər xəstəliyindən əziyyət çəkən Demirəl 2005-ci ildə ağciyərlərinə su toplandığına görə Şəxsi Güvən Xəstəxanasında müalicə almışdı. Dəmirəl 2012-ci avqustun 22-də Antalyada tətildə olanda da eyni xəstəxanada yatmışdı.

9-cu Türkiyə prezidenti Süleyman Dəmirəlin xüsusi doktoru Aylin Cəsur mətbuat mənsublarına açıqlamasında Dəmirəlin son dəqiqəyə qədər şüurunun açıq olduğunu, axşam yeməyini birlikdə yediklərini dilə gətirib. O, Dəmirəlin doğma məmləkəti olan Isparta – İslamköydə həyat yoldaşının yanında torpağa veriləcəyini bildirib. Dəmirəlin əvvəl İslamköy qəbiristanlığında olan ailə qəbristanlığında həyat yoldaşı Nazmiyə Dəmirəlin məzarının yanında basdırılacaq. Dəmirəlin cənazəsi, cümə günü Ankarada keçiriləcək dövlət mərasiminin ardından şənbə günü İslamköydə torpağa veriləcək.

Süleyman Dəmirəl noyabrın 1924-cü il noyabrın 1-də Ispartanın Atabəy mahalına bağlı İslamköydə dünyaya gəlib. Balkanlardan köç etmiş bir ailənin uşağı olan Süleymanatası Hacı Yəhya Demirel idi. 1893-ci il təvəllüdlü Hacı Yəhyanı Dəmirəl 1072-ci ildə itirmişdi.

Dəmirəl təhsilini İslamköydə, orta məktəbi Ispartada alıb, lityseyi isə Tiryəkdə tamamlayıb.İstanbul Texniki Universitetindən məzun olan Dəmirəl 1953-ci ildə Seyhan Anbarı inşaatında layihə mühəndisi olaraq işə başlayıb. Elə bu dövrdə baş nazir Adnan Menderesin sevimli mühəndislərindən biri olub.

O, 1954-ci ildə DSİ Anbarlar Dairəsi Başçılığına gətiriib. Bir il sonra -1955-ci ildə, 31 yaşında DSİ Ümumi Müdirliyinə təyin edilir.

Eisenhower Vəqfinin təqaüdü ilə ABŞ-da təhsil alıb.

1960-cı ilin dalğası ilə bağlanılan DP-nin yerinə mərkəz sağda qurulan Ədalət Partiyasının 1962-ci ildə Ümumi İdarə heyəti üzvlüyünə seçildi. 28 Noyabr 1964cü il tarixində AP-nin Böyük Konqresində prezidentliyə namizəd oldu. Hələ 40 yaşında idi. Böyük konqresdə 1679 səsdən 1072-ni alaraq ümumi başçı seçildi. AP Ümumi Başçısı olaraq girdiyi 1965-ci il seçkilərində 52.8 fazi yüksək bir səs aldı və AP ilə tək başına iqtidara gəldi. 12 Mart 1971 Bəyannaməsindən sonra istefa etdi.

1970-ci illərdə Milliyyətçi Cəbhə Hökümətlərinini quran Dəmirəl azlıq hökuməti dövründə 1980-ci ilin hərbi çevrilişi zamanı kənarlaşdırıldı. 1987-ci ildə siyasi qadağasının qalxmasıyla yenidən aktiv siyasətə qayıtdı.

1991 seçkilərindən DYP-yi birinci partiya edərək yenidən Baş nazir oldu.

1993-ci ildə Turqut Özalın vəfatından sonra cumhurbaşkanılğına seçildi. Köşkdən ayrıldıqdan sonra aktiv siyasətlə məşğul olmasa da ancaq hər zaman siyasi gündəmin mərkəzində yer aldı.

1965 – 1993-cü illər arasında 7 hökumətdə cəmi 12 il baş nazirlik etdi. 31 yaşında DSİ Ümumi Müdiri, 40 yaşında AP Ümumi Başçısı və 41 yaşında Baş nazir oldu.

Vətəndaşdan bürokrat və nazirlərə qədər hər kəs ondan “Baba”” deyə bəhs edirdi.

/Yenises.ru/

FOTO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir