Bakı “Avroviziya”sının Moskva sədası


Bakı  “Avroviziya”sının  Moskva sədası

Bir həftə boyunca rastalşığımız hər kəsin söhbət mövzusu olan bu müsabiqə günləri qəddimizi bir az dik tutub, yerişimizə bir az ədamı qatdıq?! Bizə qiyqacı baxanların dəyişən baxışlarını hiss etmək bir ayri duyğudur. Moskvada yaşayan azərbaycalılardan biri “İnter -advokat” vəkillər kollegiyasının sədri Namiq Əzimova da zarafatla bu gunlər “küçə sizə dar gəlmirmi” dedim. Yaxşı anlamda “deyəsən gəlir” deyə zarafatla cavab verdi. Və beləcə söhbətə başladıq. Daha doğrusu mən sual verdim, o danışdı.
[i][/i]
-Azərbaycanda Avroviziya müsabiqəsi keçirildi və artıq o bir tarixə döndu. 57-ci dəfə keçirilən bu müsabiqə başqa ölkələrdə keçirilən müsabiqələrdən nə ilə fərqləndi və uzun müddət nəylə yadda qalacaq?

-Bəli, “Avroviziya” müsabiqəsi artıq tarixə döndü. Bu muüsabiqə ilk növbədə yüksək səviyyədə təşkil olunması ilə yadda qalacaq. Bunu təkcə biz azərbaycanlılar yox, “Avroviziya”-nın iştirakçıları, Bakının qonaqları da böyük məmnuniyyətlə qeyd edirlər. Mənfi qiymət verənlər varsa, onlar Azərbaycanı, onun xalqını istəməyən şəxslərdir.

-Müsabiqə vaxti ölkədə müxalifətin piket və mitinq keçirtmək cəhdi nə dərəcədə doğru idi?

-Müxalifət də Bakıda keçirilən möhtəşəm tədbirdən istifadə edib sözünü dünya ictimaiyyətinə çatdırmaq istıyirdi. Bunu nə dədrəvədə düzgün olub-olmamasına qiymət vermək biraz çətindir. Amma belə piketlər Bakıda olan Avvropa ölkələrinin nümayəndələri üçün adi haldır. Onlar öz ölkələrində belə hallarla az qala hər gün qarşılaşırlar.

-“Avroviziya”-nın Bakıda keçirilməsinin bizə nə verdiyi hələ sonra bilinəcək, amma bu gün üçün nə gətirdi?

-Bu müsabiqənin Azərbaycanda keçirilməsi respublikanın imicini bir daha qaldırdı. Təsəvvür edin ki, bəlkə də bu müsabiqəyə qədər çox ölkələrdə Azərbaycanın, Bakının harada yerləşdiyini bilmirdilər. Müsabiqə keçirilən dövrdə dünya ölkələrinin bir çoxunda “Azərbaycan””, “”Bakı”” sözləri dəfələrlə səslənir. Dünya ictimaiyyətinin Azərbaycana olan marağı bir az da artır. Bakıda olan qonaqlar bir azdan öz ölkələrinə dönəcəklər. Onların hamısı xalqımızın istisini öz ölkələrinə aparacaqlar. Xarici vətəndaşlar xalqımızın nə qədər qonaqpərvər, istiqanlı olmasından danışacaqlar. Bakımızın gözəlliyi qonaqları valeh etmişdir. Xaricilərin bir çoxları verdiyi müsahibələrində yenidən Bakıya gələcəklərindən danışırlar.

-“Bu bizə lazımdırmı?”- deyənlər də vardı, amma..

– Keçən il Azərbaycan Almaniyada qalib gələndə biz dostlarımla bütün gecəni yatmadıq. Azərbaycan bayrağı ilə Moskvanın kücələrində gəzdik. Biz azərbaycanlıar həmin gecə Moskvanın ən xoşbəxt adamları idik. Azərbaycanlıların hərəkətlərini həmişə birmənalı qəbul etməyən yerli əhali də bizim sevincimizə şərik oldular. Həmin gecə yadıma 1990-cı ilin Bakı faciəsi düşdü. 21 yanvarda biz Moskva azərbaycanlıları səfirliyimizin qabağından Ostankino televiziya qülləsinə qədər piyada gedib, orada mitinq keçirtdik, Bakıda olan hadisələrə etirazımızı bildirdik. Həmin dövrdə yerli əhali biz azərbaycanlıları pis qəbul edirdi, onların çoxu Bakı hadisələrində məhz bizim xalqın günahkar oldugunu deyirdilər. O zaman bizim səsimizə heş kim səs vermədi. Indi Azərbaycanın beynəlxalq arenadakı müvəffəqiyyətinə qibtə ilə baxsalar da, dünyanın bir çox ölkələrində Azərbaycanı, azərbaycanlıları qəbul edirlər. Belə beynəlxalq miqyaslı hadisələr bizə qarşı müsbət rəy formalaşdırır. Mən ilk gündən bu müsabiqənin Bakıda keçirilməsinin bizim xalqa lazım olduğunu söyləmişəm. Xalqımızın belə qələbə sevinclərinə ehtiyacı var. Belə qələbələr həmişə qələbələrə səsləyir. Ona görə də təkrar edirəm. Bizə “Avroviziya” lazım idi. Ölkənin imici qalxdıqca ona maraq da artır. Bu hadisədən sonra ölkəmizə gələn turistlərin sayı qat-qat artacaq, ölkəyə xarici sərmayələr qoyulacaq. Bunalrın hamısı əlavə iş yerləri deməkdir. Ölkəmiz həm də beynəlxalq müsabiqələri keçirtmə bacarığını bu müsabiqə ilə göstərdi .

-Vətəndən kənarda olanlar, üzümüzə “gəlmə” kimi baxanların bu müsabiqə zamanı və sonrası rəyində dəyişiklik hiss edirsinizmi, hal-hazırda.

-Əlbəttə dəyişikliklər hiss olunur və bundan sonra da az da olsa hiss olunacaq. Bizi qəbul edib hörmət edənlərin sayı xarici ölkələrdə bir az da çox olacaq. Bu biz Azərbaycanlılar üçün vacibdir.

Şöhbətləşdi: Tünzalə Vəliqızı


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir