“Bakı” klubu öz meydanında qolsuz heç-heçəyə imza atdı


“Bakı”  klubu öz meydanında   qolsuz heç-heçəyə imza  atdı
Avropa Liqasının I təsnifat mərhələsində Azərbaycan Kubokunun qalibi olan “Bakı”” komandası ilk oynunu qolsuz bərabərsizliklə başa çatdırdı. Paytaxt təmsilçisinin rəqibi Sloveniyanın “”Mura”” komandası idi.
Bir müddət öncə keçirdikləri yoxlama görüşündə bu komandanı 4:0 hesabıyla məğlub edən “”Bakı”” klubu bu dəfə doğma meydanda keçirilən rəsmi oyunda bunu bacarmadı.

“Zolaqlılar” ikinci mərhələyə keçmək üçün səfərdə qələbə qələbə və ya qollu bərabərliklə cavab oyununu sona yetirməlidirlər.

Xatırladaq ki, cavab oyunu iyulun 12-də Sloveniyada keçiriləcək.

Avroliqa I təsnifat mərhələsi

İlk oyun
5 iyul
“”Bakı”” (Azərbaycan) – “”Mura”” (Sloveniya) – 0:0
Baş hakim: Sergey Dankovski
Hakim köməkçiləri: Yevgeni Xalamendik, Oleksandr Yakimenko
Ehtiyat hakim: Vitali Romanov
(Hakimlər briqadası Ukraynadandır)
Hakim-inspektor: Oleq Çikun (Belarus)
UEFA nümayəndəsi: Velid İmamoviç (Bosniya və Herseqovina)
Bakı. “”Dalğa Arena”” stadionu
“”Bakı””: Aqil Məmmədov – Cəmşid Məhərrəmov (k), İbrahim Karqbo, Denis İvanovs, Edemir Rodriges – Nenad Kovaçeviç, Junior Vilson, Alesandr Soliç, Elvin Məmmədov, Deyvidas Çesnauskis – Marius Verpokovski

Ramın Kazımov
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir