Bakı Ulitskaya, Federmesser və Jukovanı “qara siyahıya”” saldı”


Bakı Ulitskaya, Federmesser və Jukovanı "qara siyahıya" saldı
Qarabağa səfərindən sonra Ulitskaya, Federmesser və Jurovanın Azərbaycana girişinə qadağa qoyuldu.

Azərbaycan Xarici işlər nazirliyi Svetlana Jurova, Lyudmila Ulitskaya və Nyut Federmesserin Ermənistanın baş nairi Nikol Paşinyanın həyat yoldaşının dəvəti ilə Qarabağa səfərindən sonra onları qara siyahıya salıb.

Azərbaycan XİN Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəinin sədri Svetlana Jurova, yazıçı Lyudmila Ulitskaya və “Vera”” sağalmaz xəstlərə kömək xeyriyyə fondunun təsisçisi Nyut Federmesserin respublikaya gəlişinə qadağa qoyub. Bu haqda “”İnterfaks”” Azərbaycan Respublikası XİN-nin mətbuat xidmətinin xəbərinə istinadən məlumat yayıb.

“”Qadınlar sülh naminə”” layihəsi çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşının dəvəti ilə üç rusiyalının Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsinə səfəridən sonra onlar qara siyahıya salınblar.

S. Jurova RBK ilə söhbətində bunu şərh etməkdən imtina edib. “”Salıb, salıb. Bu məsələni şişirtmək istəmirəm””-deyə o, bildirib. RBK Azərbaycan XİN və Ermənistan XİN-yə, eləcə də Lyudmila Ulitskayaya “”qara siyahı”” ilə bağlı bildiriş göndərsə də, operativ cavab ala bilməyib.

“”Biz “”Qadınlar sülh naminə”” təşəbbüsünə öz mövqeyimizi səsləndirmişik. Sülh istəyən- müharibəni davam etdirməməlidir. İnsan ölümlərinin qarşısını almaq istəyən- başqa ölkənin ərazisini işğal altında saxlamamalıdır. Və sonunda, qadınları və anaları sülhə səsləyən öz törəmələrini Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinə hərbi xidmətə göndərməməlidir””-deyə respublikanın XİN-nin məlumatında deyilir.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir