Balaşixada qadın davası 3 kişinin güllələnməsinə səbəb oldu


Balaşixada qadın davası 3 kişinin güllələnməsinə səbəb oldu
Qadınların davasını kişilərin atdığı güllələr çözdü.

Bu gecə Moskva ətrafında yerləşən Balaşixada kafelərin birində dava 3 nəfərin yaralanması ilə nəticələnib. Baş verən davada 3 kişi güllə yarası alıb. Verilən məlumata görə dava iki qadın arasında başlayan mübahsədən sonra bu həddə çatıb.

TASS agentliyinin regionun polis şöbəsindən aldığı məlumata əsasən Balaşixanın Ryazan şossesində yerləşən kafesində müştərilər arasında dava düşüb. Dava zamanı iştirakçılardan biri “Oca”” tipli travmatik silahdan atəş açaraq 3 nəfəri yaralayıb. Yaralananları xəstəxanaya yerləşdiriblər.

Polislər cinayət işi açmaq məsələsini həll edir və qanunu pozanları axtarırlar. Verilən əlavə məlumata görə dava iki qız arasında mübahisədən sonra qızışıb.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir