BALOTELLİNİN DUBLU SAYƏSİNDƏ İTALİYA MİLLİSİ FİNALA YUKSƏLDİ


BALOTELLİNİN DUBLU SAYƏSİNDƏ İTALİYA MİLLİSİ FİNALA YUKSƏLDİ

Polşanın Varşava şəhərində VRO-2012-in ikinci yarımfinal oyunu başa çatıb. İtaliya millisi Balotrllinin dublu sayəsində Almaniya millisini 2-1 hesabı ilə məğlub edib və finalda İspaniyaya reqib olub.

Oyunun 20-ci dəqiqəsində Mario Balotelli baş zərbəsindən vurduğu qolla İtaliyani hesabda önə çıxarib. Qoldan 15 dəqiqə sonra Balotelli gözəl zərbə ilə dubla imza atıb. Almanların təsəlli qolunu oyunun sonuna əlavə olunmuş vaxtda Mesut Özəl penaltidən vurub. Buna baxmayaraq oyun İtalyanların qələbəsi ilə başa çatıb.

Görüşün ən yaxşı oyunçusu İtaliya millisinin yarımmüdafiəçisi Andrea Pirlo seçilib. Qeyd edək ki, Pirlo AVRO-2012 de bundan əvvəl də iki dəfə ən yaxşı oyunçu adına layiq görülmüşdür.

Balotellinin anası oğlunun oyununu azərkeşlər arasında canlı izləyib. Oyundan sonra Balotelli vurduğu qolları anasına həsr etdiyini bildirib.
Xatırladaq ki, AVRO-2012-in final görüşü iyulun 1-də Ukranyanın Kiyev şəhərində keçiriləcək.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir