Bananın qiyməti 15 illik maksumima çatdı


Bananın qiyməti  15 illik maksumima çatdı
Bananın bir kiloqramının pərakəndə qiyməti 48% artaraq 70,8 rub olub. 2000-ci ildən bu yana bananın qiymətinin ən yüksək həddidir.

Rosstatistikanın məlumatına görə ötən ilin sonunda bananın qiyməti 52,2 rub təşkil edirdi. Qış dövründə bəzi sitrus meyvələrinin qiymətində o qədər də dinamika hiss olunmayıb. Onların qiyməti 29%-dən yuxarı keçməyib.

İqtisadi inkişaf naziriliyinin proqnozuna görə 2015-ci ilin irinci yarımilində ərzaq mallarının qiyməti 23,8% artacaq. Bununla yanaşı artımın dörddən çoxu xarici ərzaqlara qadağadan yaranır. 2014-cü ildə ərzağın qiyməti orta hesabla 19% qalxmışdı. Ən çox kələm, şəkər, qreçka- bu ərzaqların qiyməti ötən ilə nisbətən yeni ilin əvvəlindən iki dəfə artıb.

Federal antimonopoliya xidmətinin (FAX) rəhbəri İqor Artyomov təşkilat adından yeni məhsul çıxana kimi bir sıra tərəvəz və meyvələrin xarici gömrüyünü aşağı salmağı təklif edib. FAX-nin təklifi kartof, pomidor, kələm, üzüm və almaya aid edilir.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir