Baş Prokurorluq miqrasiya və dövlət satınalmanı korrupsiyalaşmış sahələr adlandırdı



Baş Prokurorluq miqrasiya və dövlət satınalmanı korrupsiyalaşmış  sahələr adlandırdı

Rusiya Baş Prokurorluğu anti-korrupsiya qanunvericiliyinin icrasına nəzarət şöbəsinin rəis müavini vəzifəsini icra edən Sergey Ploxov məmurları korrupsiyalaşmış sektorların adını çəkib.

“Daha çox korrupsiyalaşmış sahələr bunlardır: dövlət və bələdiyyə satınalmaları, icazə əməliyyatları yerinə yetirənlər, torpaq sahələrinin verilməsi, həmçinin dövlət və bələdiyyə yoxlaması və nəzarəti sistemi . İcazə əməliyyatları həyata keçirilməsi sahəsinə miqrasiya məsələləri ilə yanaşı digər icazə tələb edən sahələr də daxildir””-deyə cənab Ploxovun sözlərindən TASS sitat gətirib.

Onun sözlərinə görə hər il bu sferalarda aıkar edilən rüşvət faktlarının sayı getdikcə artır. 2015-ci ildə 14 mindən çox cinayət aşkarlanıb, 2016-cı ildə isə 14, 5 min.

Korrupsiya mövzusu Vladimir Putinlə “”Birbaşa xətt”” proqramında qaldırılmışdır. Vladimir Putin qeyd etmişd ki, məmur rüşvətxorluğu əsas və çox kəksin məsələyə çevrilib, amma “”daha birinci yerdə durmur””.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir