“Bavariya”” -“”Barselona”” ya qalib gəldi”


"Bavariya" -"Barselona" ya qalib gəldi
İspaniyanın “Barselona”” komandası Çempionlar Liqasının oyununda Münhenin “”Bavariya”” komandasına məğlub olub. Münhendə keçirilən qarşıdurma 3:2 hesabı ilə başa çatıb. Qonaqların qapısına topu 7-ci dəqiqədə Mehdi Benatia, 59-cu dəqiqədə Robert Levandovski, 74-cü dəqiqədə Tomas Müller vurub. “”Barselona”” tərəfdən dublla Neymar (15, 29) fərqlənib.

İki oyunun nəticəsinə görə “”Barselona”” finala vəsiqə qazanıb. Barselonada keçirilən birinci görüşdə ispan komandası “”Bavariya””nın qapısından 3 cavabsız top keçirmişdi. “”Barselona”” ilk dəfə 2011-ci ildə Çempionlar Liqasının finalına çıxıb.

İspan klubu finalda iyunun 6-da keçiriləcək “”Real””-“”Yuventus”” oyununun qalibi ilə oynayacaq.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir