Baxıcılıqdan zahidliyə, oradan ağ-bəyaz pərdəyə Kim(i) Ki Duk


Təzadlı düşüncələri və fərqli personajları ilə kinomotoqrafiyada iz qoyub gedən Kim Ki Dukun bu gün döğum günüdür. Yaşadığı 59 illik ömrə qısa ekskurs etdim və … “Zorakılıq mühüm həyat mənbəyidir ” -deyə dəyərləndirən, “Həyat insan üçün qəfəsdir, oradan yalnız ölüm xilas edir” düşüncəsiylə “ölümün əslində yenidən doğulma olduğunu” təsdiqləyən, “ordunu -insanların məşəqqətlərini hazırlayan” qurum kimi görən, “kino çəkmək üçün institut oxumaq vacib deyil “-deyə anladan, “həyatı əyri yol, körpü sayaraq bu yollardan keçən hamının seçim haqqının eyniliyinə” inandıran qəribə rejissor.

Beynəlxalq miqyasda tanınan Cənubi Koreyalı kinorejissor və ssenarist olan Kim Ki Dukun bu gün anadan olduğu gündür. Təzadlı həyat fəlsəfəsi olan və kinomatoqrafiyaya yeni özünəməxsus  nəfəs gətirən  Kim Ki Duk  əslində incəsənətin bu əsrarəngiz dünyasına gec qatılıb.  36 yaşında kinoya ilk addımı atan  dünyaca tanınmış rejissor bəzi mənbələr görə 21, bəzilərinə görə isə 22, 23  ssenariyə həyat verib. Ki  rejissorun çəkdiyi filmlərin ssenarisinin çoxu da özünün qələmindən çıxıb.

Koronavirusun 2020-ci ilin dekbarında (11-də) 60 yaşına 9 gün qalmş həyatını yarıda buraxan rejissor  Kim Ki Duk Cənubi Koreyanın  Ponxva əyalətinin Sobenni kəndində dünyaya gəlib. 9 yaşında ailəsi  Seula köçür və Kim Kİ-ni  kənd təsərrüfatı məktəbinə yazdırırlar. O, 16 yaşında məktəbu yarıda qoyub zavoda işə düzəlir. 20-25 yaşarası  dəniz  piyadasında xidmət  edir. Sonra Namsanda əlillər evində baxıcılıqla məşğul olan Kim Ki burada özünü tapdığını deyir. “Ruhani olmaq yolunu tutacam”.

30 yaşına kimi  yaşamını çəkdiyi rəsmləri satmaqla  qazanan Kim Kini   bu peşənin dalınca getmək yolundan sapdırır. Bir az pul toplayıb Fransanın paytaxtı Parisə gəlir. 1990-cı ildə həyatında yeni bir səhifə açılacağından  hələ  xəbərsizdi.  Burada çəkdiyi işləri satmaqla yanaşı,  Paris onu kino ilə tanışdırır. Conatan Cemmin  «Quzuların səsizliyi» filmini görür və…

Dünya onu bir çox festivallara  çıxarılan və  mükafat alan filmlərindən tanıdı.   “Pieta” və “Boş ev” filmlərinə görə Venesiya kinofestivalının  “Qızıl Aslan” mükafatı da olmaqla “Ariranq” filminə görə Kann kinofestivalının, “Samariyalı qadın” lentinə görə Berlin kinofestivalının laureatı  olur.  “Bahar, yay, payız, qış və yenə bahar”, “Gərilmiş yay”, “Zaman”,  “Nəfəs”  və s.

İlk yaradıcılığa 36 yaşında  başlayıb. Daha dəqiq desək kino aləminə  müəllifi və rejissoru olduğu “Timsah” filmi ilə qədəm qoyur. Lakin ilk beynəlxalq uğuru ona 2003-cü ildə çəkdiyi doqquzuncu filmi olan  “Bahar, yay, payız, qış və yenə bahar” gətirib.

Lakin 2011-ci ildə rejissor kinomotoqrafiyanı atıb zahid kimi dağlara çəkilr. Bununla bərabər baş qəhrəmanı  özü  olduğu filmi çəkir. Özünün  ruhi axtarışının nəticəsi olaraq  “Arirang” filmi  beıə doğulub.

Həyat əyri bir xətt, körpü kimidir. Bu, mənim “Ariranq” və eləcə digər filmlərimə də aiddir.  Onların qəhrəmanları da kədərli və tənhadırlar. Onlar da bu  körpünün üstündən keçirlər. Filmlərimdə yaxşı və ya pis obrazlar yoxdur. Onlar azad seçim etmk üçün eyni  vəziyyətdə eyni dalğadadırlar”-deyib tabınmış rejissor.

Həyatın gerçəkləri onun filmlərindəki personajları  müsbət xüsusiyyətləri ilə seçilənlərdən olmayan, bunun əksinə  mənfiləri “qəhrəmanı” etməklə onlardan dərs almağa istiqamətləndirməsidir  rejissoru həmkarlarından ayıran. Onun filmləri daha çox fəlsəfi ağırlıqlıdır.

“Mənim personajların sanki  qəfəsdə yaşayırlar. Elə həyat bir qəfəsdir və oradan ancaq ölüm çıxarır”.

 “Zorakılıq mühüm enerji mənbəyidir. Nə danışdığımı bilirəm, çünki çox döyülmüşəm. Hamı məni döydü: atam, küçədəki uşaqlar, polislər döydülər, donanmada döydülər. Başa düşdüm ki, zorakılıq qarşılıqlı təsirdir, nəticədə yeni bir şey yaranır “- əminliklə söyləyib Kim Ki Duk. “Sahil mühafizəçisi”- filmi haqqında fikirlərini paylaşanda söyləyib və -“ Mən kino çəkəndə,   orduda çox  şeylərin yaxşı olmadığını, çoxlu səhvlərin olduğunu anladım. Nədir ordu? Sağlam düşüncədən məhrum olmuş əmrlər, mövcud olmayan düşməni məhv etmək, kütləvi dəlilik və nəticədə isə yaxşı insanların məşəqqətləridir”-deyib.

Məndən soruşurlar ki, mənəvi çəhətdən  “təmizmı-əxlaqlımı” insanam. Mən adətən yox deyirəm. Mən mükəmməl deyiləm. Amma mən Koreya cəmiyyətinin qaranlıq və acınacaqlı tərəflərini göstərməkdən çəkinməyən adamam. Bu mənim mənəvi narahatlığımdır. Əvvəlki layihələrimdən daha təmiz filmlər çəkə bilərdim, amma qorxuram ki, məni “normal” bir şey etməkdə ittiham edə bilərlər. Eyni zamanda, mübahisəli mövzulara sadiq qaldığıma görə  gələcəkdə populyar film çəkmək üçün kreativ düşüncəmin  olmayacağından qorxuram”.

“Mən düşünürəm ki, kino çəkmək üçün institutda oxumaq vacib deyil. Yaxşı kinonun üç əsas  komponenti var- zaman, məkan və insanlar. Zaman-insanların  yaşadığı hadisələrdir. Məkan bu hadisələrin baş verdiyi yerdir. İnsanlar-biz öz obrazımız, taleyimizdir”.

Kim Ki Duk filmlərində faciənin çox olduğnu da söyləyib və onu belə əsalandırıb.

“Filmlərimdə faciələr çoxdur. Əzab çəkirlər, ölürlər, bədbəxtliklə üzləşirlər, amma mənim filmlərimdəki qəhrəman ölürsə, bu o demək deyil ki, o, tamamilə ölüb. Demək ki, o, başqa bir həyatda yenidən doğuldu”-deyə Kim etiraf edib.

Tünzalə Vəliqızı


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir