Baxış bucağı: ANAR HƏSƏNOV “Ermənilər və Ermənistanla bağlı düşüncələrini “”Yenises.ru”” ya yazdı”


Baxış bucağı: ANAR HƏSƏNOV  "Ermənilər və Ermənistanla bağlı düşüncələrini "Yenises.ru" ya yazdı
Moskvada təhsil aldığım illərdə eyni qrupda oxuduğum ermənidən Azərbaycan xalqının onlarla müqayisədə daha həmrəy olduğunu eşidəndə, təəcüblənib, ona, “əksinə, bu keyfiyyətdə bizdən irəlidəsiniz” deyib, iradımı bilidirmişdim. O isə cavab olaraq mənə dəfələrlə məşhur lətifəni misal çəkib, sonda, “bax, sizin üçün qazılan quyu ən dərin olmalıdır ki, çıxa bilməyəsiniz, biz ermənilərə isə yarım metr bəs edər ki, biri birimizə qurtulmağa mane olaq” deyib, fikrini tamamlamışdı. O illərdən 10 ildən çox vaxt keçib…. O söhbətə bu gün təkrar qayitsaq, indi erməniyə irad etməzdim. Artiq əminəm ki, ermənilərin ağli, fərasəti, həmrəyliyi, hiyləsi haqda biz əsrlərdir ki, miflər uydurmuşuq. Və bu mifin bizə vurduğu zərbə o qədər böyük olub ki… Mən müharibə dövrünün uşağıyam… xoşüm gəlməyən, utancverici “erməni gəldi” cümləsi heç qulağımdan getmir bu günə kimi. Bu iki sözü eşidib, nə qədər kənd, şəhər boşaltmışıq!!! Amma heç bir dəfə də eşitmədim “Qəhrəman Məhərrəm, Bəhruz, Rövşən, Rasim, Allahverdi Bagirov, Gəncə botalyonu, Laçın polku , Milli ordu burdadir, dadimiza çatacaq” cümləsini…

Deyrilər, ermənilər təhsil almaq üçün öz soydaşlarına yardım edirlər, amma MDU-ni bitirib, aspiranturaya daxil olmaq istəyən ili mənim, yəni xarici vətəndaşın təhsil haqqını işlədiyim idarənin rəhbərliyi ödədiyi halda, erməni həmkarım qapı- qapı düşsə də, erməni diasporu həmin universiteti qızıl medalla bitirmiş Vahe Avanesyana bir dollar belə ayırmadı. Vahe daşnak idi, həm də Qarabağdan. Amma heç kəs kömək etmədi ona. Sonda Irəvandaki evini dövlətə girov goyub götürdüyü vəsaitlə o da aspirant oldu. Amma həmin illərdə təkcə Azərbaycan büdcəsi hesabına Rusiyaya yüzlərlə azərbaycanlı təhsilə göndərilmişdi. “Heydər Əliyev””, “”Lukoyl””, “”Aydın Qurbanov”” fondlarının oxutdurduğu onlarla tələbə də vardı sıralarımızda.

Biz Vahe ilə həyat mərhələlərini sanki qoşa addımlayırdıq. İkimiz də, demək olar ki, eyni vaxtda ailə həyatı qurduq. Mənim toyumu, necə deyərlər, el yığışıb etdi…Kimi toyun tədarükünü, kimi yanına bir yaxın dostunu da salıb, qürbətdə iki cavan azərbaycanlının ailə izdivacında yaxından iştirak etdi. Erməni də evləndi, amma şəhər kənarı evin həyətində – 10-15 tələbənin iştirakıyla. O illərdən 8 il keçib…

Reportaja şəxsi həyatımda qarşılaşdığım faktlardan başlamağım təsadüfi deyil: Çoxlarımız hesab edirik ki, erməni diasporu bizdən daha irəlidədir, onların daha çox alimi, siyasətçisi, artisti var. Hətta çoxlarımız hər filmin titrində bir erməni soyadını axtarmağı belə vərdiş etmişik. Amma çox az adamı düşündürür ki, ruslarin, fransizların, ingilislərin (bu siyahını uzatmaq da olar) erməniləri öndə görməkdə geosiyasi maraqları var. Çünki Qafqaz regionu və İslam dünyasina yayılmış etnik azlıqlardan ancaq ermənilər bütün əsrlər boyu yerli xalqlara qarşı böyük dövlətlərin xeyrinə 5-ci kolon funksiyasını yerinə yetiriblər.

Bu yaxınlarda Moskva Kremlinin Silah palatasında bir eksponata rast gəldim. Rus çarı Aleksey Mixayloviçə 1660 -cı ildə Səfəvi dövlətinin təbəələri olan İsfahan ermənilərinin hədiyyə etdiyi almaz və mirvarilərlə bəzədilmiş taxt. Artıq XXVII əsrdə ermənilər Rus çarına xidmət etdiklərini nümayiş etdirirdilər. Məhzəb ayrılığına görə minlərlə soydaşını məhv etmiş babalarımız isə bu hədiyyədə cəsusluğ əlamətlərini görə bilməmişdi. Bir növ İŞİD kimi, – İslam dünyasına faciə yaşadan Ermənistanı görməməzliyə vurub, Kərbalanı nişan alan İŞİD kimi…

Bu ay ermənilər Rusiyada ancaq soyqırımdan danışırlar. Kino, teatr, klassik musiqi, ictimai – siyasi tədbirlərin baş mövzusu budur. Biz isə təsdiqləyirik, – ermənilər istədiklərinə nail olublar! Bu tezislə razılaşmaq da olar. Çünki “soyqırım”ı tanımaq 90 cı illərdə Yeltsin Rusiyasının birbaşa marağında olub. Indi isə Rusiya hökuməti ermənilərə qanun çərçivəsində mədəni-siyasi tədbirlər keçirməyə icazə verir. Ancaq gəlin unutmayaq ki, Rusiya dövlət duması “soyqırım”ı inkara görə cinayət məsuliyyətinə cəlb olunma təklifini rədd etdi. Hər il Moskvadakı Türkiyə səfirliyi qarşısında piket keçirən ermənilərə bu il Moskva meriyası yox dedi. Soçidə Andranikə heykəl qoymağa Moskva öz etirazını bildirdi. Əgər aprelin 24- də Ermənistana Vladimir Putin gedəcəksə, Türkiyəyə, Çanaqqalaya Duma spikeri Sergey Narışkin səfər edəcək. Ötən illərlə müqayisədə indi sanksiyalarla üzbəüz qalmış, təklənmiş Rusiya bu gün yoxsul Ermənistandan daha çox varlı Azərbaycan və daha faydalı Türkiyədən bəhrələndiyinə diqqət verməyə başlayıb. Amma Rusiyanın alət kimi istifadə etdiyi erməninin ona yük olduğunu sübut edən iş (fakt) ortaya qoymadan Rusiyadan nəyisə tələb etmək də mümkün olmayacaq. Rusiya 400 ildən çoxdur ki, oz yaxın Şərq və Qafqaz siyasətində ermənilərdən istifadə edir. Hələ əsrin əvvəlində rus publisisti Vladimir Velichko özünün məşhur “”Qafqaz”” əsərində yazirdi ki, “Qafqazi fəth edan rus süngüsü, ancaq faydasını görən ermənidir”. 21 ci əsrdə durumu dəyişməyə Azərbaycanın rıçaqları var. Diqqət yetirin ki, bir dövlət olaraq kiçik olsaq da, biz son illər böyük dövlətləri öz maraqlarımıza hörmət etdirə bilirik. Biz XX əsrdə düşmən mövqeli Yeltsin Rusiyasını neytrallaşdıra bildik. Artıq Rusiyanin təkidli təşəbbüslərinə şərtlə cavab veririk, – Avrasiya İttifaqina daxil olaq, əvəzində Qarabağ geri qaytarilmali, ODKB yə üzv olaq – yenə həmin şərtləri Rusiyanın masası üstünə qoyuruq. Çünki Biz Rusiyaya yetərincə siyasi jestlər etmişik. Rus dilinə verdiyimiz önəm, Antirusiya koalisiyasına yox deməyimiz və s. Bu siyahını uzada bilərəm. Amma Rusiya bütün bunların müqabilində maksimum neytral mövqeyilə bizə təşəkkürünü bildirib. Top indi Rusiya tərəfdədir deyib, gözləmək nəticə verməyəcək. Biz növbəti mərhələyə başlamalı, Ermənistanın Rusiyaya müttəfiq yox, yük olduğunu sübut edəcək faktları vurğulamalıyıq. Axı ermənilər alətdir, alət köhnəlir də, və təzələnə də bilir.

Lider Tv nin Rusiya üzrə xüsusi müxbiri, filologiya elmləri namizədi Anar Həsənov
Xüsusi olaraq Yenises.ru üçün


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir