Bella Musayeva “Əməkdar müəllim”” fəxri adına layiq görülüb”


Bella Musayeva  "Əməkdar müəllim"  fəxri adına layiq görülüb
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 8 Mart beynəlxalq qadınlar günü ərəfəsində bayram hədiyyəsi olaraq bir sıra ziyalı qadınları yüksək fəxri adla mükafatlandırıb.

Mükafatlandırılanlar arasında olan Moskva dövlət linqvistika universitetinin (MDLU) Azərbaycan dili və mədəniyyəti mərkəzinin direktoru, filologiya elmləri doktoru Bella Sirac qızı Musayeva Azərbaycan prezidenti İlham Əliyevin 3 mart 2015-cil tarixli sərəncamı ilə Əməkdar müəllim adına layiq görülüb.

Bella Musayevanın 8 ilə yaxındır ki rəhbərlik etdiyi MDLU-nin Azərbaycan dili və mədəniyyəti mərkəzi dilimizin və mədəniyyətimizin tanınması, təblig olunmasında, neçə-neçə rus tələbə gəncini bizimlə bizim dildə danışmasında böyük işlər görüb. Bu gün o mərkəzdə kurs keçən tələbələr Azərbaycan klassik ədəbiyyatı, mədəniyyəti, folkoru ilə yaxından tanış olmaqla bərabər bu nümunələri orijinaldan oxuyur və soydaşlarına çatdırırlar. Sabah o gənclər Azərbaycan dilinin, mədəniyyətinin təbliğatçıları kimi bizim həqiqətlərimizin kiçik dairələrdən böyük auditoriyalara daşıyıcıları olacaqlar.

Maarifçilik yolunda yorulmadan mübarizə aparan, özünün xoş aurası, pozitiv enerjisi ilə hər kəsdə xoş əhval oyadan ziyalı xanımımız Bella Musayevanı Yenises.ru saytı adından təbrik edirik! Fəxri adınız mübarək, Bella Musayeva!

/Yenises.ru/
Moskva


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir