Bella Musayeva üçün son zəng əvəzi


Bella Musayeva üçün son zəng əvəzi
“Əlvida” etmirik, sadəcə “Görüşənədək” deyirik!

Bu kəlmələr M.İ. Rudomino adına Ümumrusiya Dövlət xarici ədəbiyyat kitabxanasının “Dairəvi zalında” (“Ovalnıy zal”) Bakı Slavyan Universitetinin professoru, Moskva Dövlət Linqvistika Universitetinin (MDLU) azərbaycan dili və mədəniyyəti mərkəzinin direktoru Bella Musayeva ilə görüşdə çıxış edənlərin dilindən səsləndi.

BALACA, DAHI QADIN

“Azərbaycanın Rusiyadakı səfirliyinin keçmiş nümayəndəsi Nigar xanım Axundova Bella xanım haqqında danışanda “balaca, dahi qadın” deyir. Məncə, bundan gözəl bənzətmə yoxdur”.

Bella Musayeva üçün son zəng əvəzi
Görüşün təşəbbüskarı və təşkilatçısı Rudomino adına Xarici ədəbiyyat kitabxanası Azərbaycan Mədəniyyəti mərkəzinin rəhbəri Nisə Mustafayeva Bella xanımla görüşü bu sözlərlə başladı. O,- “Vidalaşmaları heç kim sevmir. Biz də Moskvada fəaliyyət göstərdiyi müddətdə mərkəzimizə elmi, biliyi, təcrübəsi ilə yardım edən, yeni-yeni ideyalarla çoxmillətli Moskvada fərqli millətlərin nümayəndələrini ətrafına toplayib Azərbaycanı, onun ədəbiyyatı, mədəniyyətini tədris və təbliğ edərək sevdirən, ən əsası ölkəmizə, millətimizə özünün prizmasından yanaşılmasına nail olan bu qadınla vidalaşmırıq”,-dedi.

Nisə Mustafayeva Azərbaycan Mədəniyyəti mərkəzi ilk yaradılanda Moskvada kimə üz tutacağını bilmədiyi bir zamanda ona MDLU azərbaycan dili və mədəniyyət mərkəzinin direktoru Bella Musayevadan yaxşı kim kömək edə bilər deyib onunla görüşdüyü və elə keçən 5 ildə onunla birgə fəaliyyətdən zövq aldığını və daha nələri xatırlatdı.
Bella Musayeva üçün son zəng əvəzi
Bu xatırlananlar arasında mərkəzə ilk ayaq basan, o zaman bu günkündən 5 yaş kiçik olan o iki bacı-qardaş-Zaur və Leyla, neftçi ailəsində doğulub, atasının işi ilə bağlı 5 yaşından Azərbaycandan çıxıb indi bəlli yaşda olan Nahidə xanım, dilimzidə bizim bəzilərimizdən yaxşı danışmağı öyrənən rus tələbələrin də Bella Musayeva ilə bağlı təəssüratları səsləndi. Arabir çıxışlardan kövrəlib, “sonunda mənə söz verəcəyinizi bilirəm, amma daha artıq təsirlənmədən, qəhərlənmədən danışım”” deyib, təkrarsız müdaxilələri ilə yenə də tələbələrini heyrətləndirən Bella müəllimə ilə xöş anlar yaşandı.

İki nəslin nümayəndəsini təmsil edən tələbələrinin iştirak etdiyi görüşdə tanınmış yazıçı, rəssam, Rusiya və Azərbaycan yazıçılar birliyinin üzvü Maya Bədəlbəyli çıxışında Bella xanımın gəncliyini xatırladaraq, Slavyan Universitetində ona dərs deyən bu qadının bütün tələbələrin sevimlisi olduğunu söylədi.

“Bizim aramızda bizdən o qədər də çox yaş fərqi olmayan bu incə, zərif və gözəl xanıma bütün qrup heyran idi. O, təkcə bizə ədəbiyyatın incəliklərini deyil, həm də həyatı öyrədirdi. Onun timsalında, onun nümunəsində onu özünə örnək götürən bir nəsilin yetişməsinə imza atan bir qadın dayanıb qarşımızda”-dedi.

Maya Bədəlbəyli,-mən xoşbəxtəm ki, mənim müəllimim olmusunuz, xoşbəxtəm ki, sizi tanıyıram və Sizi çox sevirəm,-deyə müəllimini təbrik üçün yazdığı sevgi pritçasını və şeirini oxudu.
Bella Musayeva üçün son zəng əvəzi
Moskvadakı Azərbaycan etnotəmayyüllü məktəbin rəhbəri olmuş Elmira İsmayılova isə Bella Musayevanın tədris etdiyi Slavyan universitetində təhsil alsa da, onun tələbəsi olmadığına təəssüf etdi. Lakin onu Moskvada tanıyıb, onunla yaxın təmasda olmaq xoşbəxtliyindən ona da pay düşdüyünü dilə gətirərək, belə bir pedaqoqun nadirlərdən olduğunu qeyd etdi.

Elmira İsmayılova onu da əlavə etdi ki, “predmeti sevirən müəllimdir. Müəllimi sevməsən o predmeti də sevməyəcəksən. Bella Musayeva sevən və sevdirən qadındır”.

Sevdirən və sevən qadına sevgi melodiyalarının ifasilə məhəbbətini bildirən virtuoz skripkaçı Anar Yusifovun mini konserti isə Bella xanım üçün əsl xoş sürpriz idi.

Vivaldinin yaradıcılığının ən yüksək zirvəsi sayılan “”İlin fəsilləri”” seriyasından musiqiləri, ruhumuza yaxın “Sarı gəlin”i skripkada mahir ifa edən Anar Yusifov bu seçmə repertuarı ilə onun zövqünü nə qədər yaxından duya bildiyini, ona böyük rəğbəti olduğunu da orada öyrəndik. Bunu da Bella Musayeva etiraf etdi.
Bella Musayeva üçün son zəng əvəzi
Görüşdə ilk qaranquşlar- Ziya və Leyla Məhərrəmovlar Azərbaycan Mədəniyyəti mərkəzində onlara azərbaycan dili kursunda dərs deyən Bella Musayeva ilə ilk tanışlıqlarından və ondan sonra bu qadından bir daha qopa bilmədiklərindən danışdılar.

Ziya Məhərrəmov müəllimini gitarada ifası ilə təbrik etdi. (Qeyd edək ki, Ziya Azərbaycan dili və mədəniyyəti ümummoskva olimpiadasında birinci yeri tutub).

Şəxsi-insanı keyfiyyətləri ilə pedoqoqluğunun balansını taraz saxlayan, təkcə müəllim deyil, hər bir tələbəsinə dost, sirdaş olan bu qadın çoxlarının fikrində “dönüşlər” edib.

Bella Musayeva üçün son zəng əvəzi
“Ya Uznayu Azərbaycan” müsabiqəsinin ikincisi olan Elmira Xanlarova atası azərbaycanlı olsa da anasından ayrılan və rus ananın uşağı kimi bəzən atasından dolayı azərbaycalılığa tərəddüdünə Bella Musayeva ilə görüşəndən sonra son qoyduğunu dedi. “Hər yerdə qürurla deyirəm ki, mən azərbaycanlıyam!”.

“Mən xoşbəxtəm ki, sizin tələbənizəm, sizi tanıyıram, sizi sevirəm. Azərbaycan dilində bu auditoriya qarşısında bu gün çıxış edə bilirəmsə, bunu sizə borcluyam”. Bu fikirləri isə Bella Musayevanın MDLU-dakı tələbəsi Dima səsləndirdi.
Bella Musayeva üçün son zəng əvəzi
Tələbələri universitetdə Azərbaycan dili qrupunu seçənlərə digərlərinin qibtə və qısqanclıqla baxdıqlarını da söylədilər.

Tələbə yaşını çoxdan keçmiş Azərbaycan dili kursunda ondan dərs alan Nahidə Zülfüqarova,-sovet vaxtından Azərbaycandan uzaq düşdüyü üçün dilimiz, ədəbiyyatımız və mədəniyyətimiz üçün qəribsədiyimiz bu diyarda doğma bir söz o qəribçiliyi unutdurur. Mən o hissi Bella Musayeva ilə unutdum. Bu qadını, bu balaca, zərif dahini hamı kimi o da çox sevdiyini bildirdi.
Bella Musayeva üçün son zəng əvəzi
Tədbirin daha bir qonağı isə uzaq Yamala-Nenetski muxtar vilayətinin Nadım şəhərindən gələn, orada musiqi məktəbində skripka dərsi deyən və bununla kifayətlənməyib Azərbaycan şairlərinin şeirlərinə musiqilər bəstələyib onu tədris edən Məlahət Nəvai Bella Musayevanın gecəsinə bəstələdiyi mahnılardan birini səsləndirməklə qatılmışdı.
Bella Musayeva üçün son zəng əvəzi
Digər çıxış edənlər Bella Musayevanın həm pedaqoq, həm də insan kimi böyük şəxsiyyət olduğundan sevərək danışdılar. Onun yerirmələrinın hər biri ,-bizim qəlbimizin bir yerində Bella Musayeva sevgisi var,-dedilər.
Bella Musayeva üçün son zəng əvəzi
Tədbir boyü təsirlənən, bu deyilənləri haqq etdiyindən məmnun qalan Bella Musayeva Azərbaycan Mədəniyyəti mərkəzinin direktoru Nisə Mustafayeva başqda olmaqla, görüşün keçirilməsində əməyi keçənlərə, iştirak edənlərə və edə bilməyib ürəyi burada olan hər kəsə ona belə bir unudulmaz anlar yaşatdıqları üçün minnətdarlıq etdi. “Sizin hər birinizin qəlbində bir parça Bella Musayeva sevgisi var dediniz, mənim qəlbim Sizlərə sevgi ilə doludur!


Tünzalə Vəliqızı
18.06.2016

FOTO
Bella Musayeva üçün son zəng əvəzi


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir