Belorusiyada yeniyetmələr üçün “komendant saatı”


Belorusiyada yeniyetmələr üçün “komendant saatı”
Belorusuyada gecələr saat yəni 23:00-dan 06:00-kimi yeniyetmələrin valideynlərsiz küçəyə çıxmasına qadağag qoyan dövlət qərarı qüvvəyə minib. Bu haqda BELTA –dan məlumat verilib.

Qərar 22 avqustda qəbul olunub. Onun 16 yaşlı üşaqlara şamil edilməsi nəzərdə tutulub. Qeyd edək ki, Belorusiyada həddi-buluğa çatma yaşı 18-dir, pasport isə 16 yaşından verilir.

Qanuna görə milis əməkdaşı gecə vaxtı valideyninin müşaiyəti olmadan yeniyetməni küçədə görürsə, “qanunu pozanın” əvvəl kimliyi öyrənilir və valideynlərinə uşaqlarını aparmaq üçün xəbər verilir.

Bununla yanaşı gecə vaxtı küçədə saxlanılan uşağa görə valideyn məsuliyyət daşıyır. Onlara xəbərdarlıq edilə və ya 1000 belorus rublu həcmində cərimə oluna bilərlər. 1000 belorus rublu təxminıən 12 dollara bərabərdir.

Belorusiya Daxili İşlər nazirliyi “komendat saatı” tətbiq edilməsini şərh edərəkən bunu uşaqları cinayətkarlıq və bu kimi pis əmməllərdən qorunmaq üşün olduğu bildirilir.

Belorusya DİN hesbatına görə 2012-ci ildə iki minə yaxın yeniyetmə müxtəlif növlü cinayətlərin qurbanı olub. Yeniyetmələrin özləri tərəfindən edilən cinayətə gəlincə, 40 faiz qanun pozuntusu axşamıın gec saatlarında və gecə vaxtı qeydə alınıb.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir