“Belqorod atıcısı” tutuldu


“Belqorod atıcısı”  tutuldu
Bazar ertəsi Belqorodu qana boyayan Sergey Pomazun hüqüq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. O saxlanıldıqdan dərhal sonra sonra polisə: “Mən uşaqlara atəş açmırdım”-deyib. “Bəs hara atəş açırdın?”-polisin sualna Pomazun “Cəhənnəmə!” –cavabını verib. Bundan sonra onun əllərini qandallayaraq yerdən qaldırıb və məhbus maşınına mindiriblər.

22 apreldə Belqorodun mərkəzində 6 nəfəri silahla qətlə yetirmiş Sergey Pomazun 23apreldə gecə saatlarında tutulub. Onun axtarış əməliyyatına şəxsən RF DİN-nin başçısı Vladmir Kolokolçikov rəhbərlik edib. Rəsmi məlumata görə Pomazun yük qatarının əhatəyə alındığı zonadan keçərkən tutulub. Cani saxlanılarkən 42 yaşlı polis mayoru Yuri Sedaxı bıçaqla baş və çiyin nahiyəsindən yaralayıb. Həkimlərin dediyinə görə hazırda onun vəziyyəti yaxşıdır.

Sergey Pomazun Belqorodda 6 nəfəri qətlə yetirdikdən sonra onun axtarışına minlərlə polis yola tökülmüş, hətta Ukraynaya keçmək ehtimalını nəzərə alaraq orada da axtarışına başlanılmışdı. Pomazunu tutana 3 milyon rubl məbləgində mükafat vəd edilmişdi. Bü vədə əsasən indi onu saxlayan polisləri mükafatlandırmaq istəyirlər. Amma onlar özlərini qəhrəman hesab etmirlər. “Onu saxlamaq istəyəndə qaranlıqdı, o məni bıçaqla vura bildi, uşaqlar məndən bir az uzaqda idilər, amma köməyə yetişdilər. Biz bunu etməliydik, bu bizim işimizdir”-deyə yaralı polis mayoru Sedax “RİA Novosti”-yə bildirib.

Artıq müstəntiqlər Pomazunla birinci sorğu aparıblar. Yaxın saatlarda onu psixoterapik ekspertizaya göndərəcəklər.

Məhəmməd
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir