Berezovskinin köməkçisi Moskvada saxlanıldı


Berezovskinin köməkçisi Moskvada saxlanıldı
Moskvada firildaqçılıqda şübhəli bilinən Federal Təhlukəsizlik Xidmətinin keçmiş zabiti Andrey Ponkin saxlanılıb. Bu haqda RF DİN-nin saytımda məlumat verilir. Ponkinin həm də Boris Berezovskinin keçmiş köməkçisi olduğu bildirilir.

Ponkinlə birgə DİN veteranlarına Ümumrusiya ictimai yardım fondunun sədrinin müavini Telman Ələsgərovu da tutublar. Saxlanma əməliyyatı Moskva restoranlarının birində 1,5 milyon rubl alınan zaman baş verib. Müstəntiqlər hesab edirlər ki, bu alınan pulun bir hissəsidir.

Istintaq versiyasına görə, Ponkin və Ələsgərov Stavropol banklarından birinin rəhbərinə deyiblər ki, bu pulla onlar qymətli kağızların zəbt edilməsinə görə açılan cinayət işini bağlatdıra bilərlər. Hətta onu da bildiriblər ki, Əmanətlərin sığortası agentliyi tərəfindən keçirilən yoxlamanın müsbət nəticəsini təmin edərlər. Bu xidmət üçün onlar 1,5 milyon rubl istəyiblər. Həmin məbləği isə DİN əməkdaşları, Maaliyyə nazirliyi işçiləri və sığortaçılara verəcəklər.

Müstəntiqlər adıçəkilən dövlət qurumlarını yoxladıqdan sonra onların bu işdə içtirakı olmadığı qərarına gəliblər. Ponkin və Ələsgəorv bankiri aldadadraq bu pulu öz aralarında bölüşdürəcəkdilər. Onların bu hərəkəti fırıldaqçılıq və rüşvətdə vasitəçilik kimi dəyərləndirilir.

Pokninin adı hələ 2003-cü ildə KİV-də FTX-nin sabiq işçisi Londonda müəmmalı şəkildə olmüş Aleksandr Litvinenkonun xidmətçisi kimi çəkilib. Bəzi məlumatlara görə yalançı “Mayor P” adı məhz ona məxsusdur. Britaniya mətbuatında Vladimir Putinə sui-qəsdlə bağlı danışıqlarda onun adı keçib. 2012-ci ilin fevralında KİV məlumat vermişdi ki, Ponkinin taleyi nəticədə naməlum qalıb.

Ayxan
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir