“Beşiktaş” klubu Avropa turnirlərindən cıxarıldı


“Beşiktaş” klubu Avropa turnirlərindən cıxarıldı
UEFA-nin qərarı ilə Türkiyənin “Beşiktaş” klubu Avropa turnirində iştirak etməyəcək. Buna səbəb isə İstanbul klubunun iqtisadi problemlə üz-üzə olmasıdır.

“Beşiktaş”-ın xarici futbolçularından əmək haqqlarını ala bilmədikləri barədə UEFA –ya şikayət məktubu daxil olub. Futbolçulara borcundan əlavə “Beşiktaş”ın əməkdaşlıq etdiyi müxtəlif strukturlarla da yerinə yetirmədiyi öhtəlikləri var.

Yenises.ru-nun Reuters agentliyinə istinadən verdiyi məlumata görə hazırkı vaxtda klub öz borclarını bağlaya bilmir. Klubun Avropa turnirində iştirakı qadağan edildikdən sonra aksiyaları 9,9-a düşüb.

Xatirladaq ki, yaxın vaxtlarda digər Türkiyə klubu “Fənərbaxça”nın da taleyinə qərar veriləcək. Onun müqaviləli oyunlarda iştirak etdiyindən şübhələnilir. Bu komandanı da Avropa turnirində içtirakdan təcrid olunması cəzası gözləyir. Ötən ilin yayında ”Fənərbaxça” ilə Türkiyə Futbol Federasiyası arasında yaşanan qalmaqaldan sonra TFF komandanı UEFA 2011/12 Liqa Çempionatından cıxartmaq qərarı vermişdi.

Bundan əlavə iki İtaliya- “Latsio” və “Udineze” klubları da tədric olunmaq təhlükəsi altındadır. Onlar da müqaviləli oyunlarda iştirak etməkdə süçlanırlar. Amma bu haqda nə UEFA, nə də İtaliya Futbol Federasiyasının rəsmi qərarı açıqlanmayıb.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir