Beynəlxalq Qırmızı Xaç komitəsi Ermənistana girovlarla bağlı çağırış etməkdə acizdir


Beynəlxalq Qırmızı Xaç komitəsi Ermənistana girovlarla bağlı çağırış etməkdə acizdir
Beynəlxalq Qırmızı Xaç komitəsinin sədri Peter Maurer Rusiya paytaxtına səfəri çərçivəsində prezident Vladimir Putinlə görüşüb. Görüşdən sonra RİA Novostidə keçirilən mətbuat konfransında Peter Maurer Rusiyada fəaliyyət göstərən müxtəlif ölkə medialarının rəsmi nümayəndələrinin suallarını cavablandırıb.

Beynəlxalq missiya rəhbəri Lider televiziyasının Rusiyadakı nümayəndəsi Anar Həsənovun “erməni əsirliyində olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı Ermənistana çağırış edə bilərsinizmi?- sualına münasibətdə mövqesizlik nümayiş etdirib.

Azərbaycanlı jurnalist İstər Qərbdə olsun, istərsə də Rusiyada, bir çox nüfuzlu siyasətçilər və rəsmilər Ermənistanı girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməyə çağırdığını bildirib. “”Beynəlxalq Qırmızı Xaç komitəsinin sədri olaraq bu beynəlxalq meydança vasitəsilə Ermənistanı azərbaycanlı əsirləri girovluqdan azad etməyə çağıra bilərmi “”-deyə Peter Maurerdən soruşub.

Beynəlxalq missiya rəhbəri -“”Mən erməni əsirliyində olan azərbaycanlıların azad edilməsi ilə bağlı çağırış edə bilmərəm””-deyib. Buna səbəb olaraq Beynəlxalq Qırmızı Xaç Komitəsinin 100 ildən çoxdur ki, konfedensial fəaliyyət göstərdiyini göstərib. “”Biz əsirlərin durumu ilə əlaqədar tərəflərlə konfidensional danışıqlar aparırıq””.

Girovların taleyi ilə bağlı Peter Maurer onu da əlavə edib ki, rəhbərlik etdiyi təşkilat azərbaycanlı girovların saxlanma şəraitinin beynəlxalq normalara cavab verməsi yolunda əlindən gələni əsirgəmir. Əsirlərin öz ailələri ilə mütəmadi əlaqəsini təşkil etməyi də Peter Maurer vacib iş kimi vurğulayıb.

Mətbuat konfransında azərbaycanlı jurnalist Ukraynanın şərq və cənub şərqində girov götülmüş və itkin düşmüş azərbaycanlıların taleyi məsələsinə də toxunub və cənab Maurerdən bu barədə fikrini soruşub. Peter Maruer bu suala da ümumi statistika ilə cavab verib. O deyib ki, Ukrayna ərazisində 21 saxlanma məntəqəsində olub və onlarda olan statistikaya əsasən 170 girov və əsirlə görüşə bilib.

Xatıladaq ki, 2014 cü ilin mayından bu günə kimi Ukraynanın cənub şərqində 5 azərbaycanlı oğurlanıb, 10 nəfər isə itkin düşüb. Ukraynadakı azərbaycan diasporunun Beynəlxalq Qırmızı Xaç Təşkilatına ünvanladığı məlutmatda belə deyilir.

Qeyd edək ki, Beynəlxalq Qırmızı Xaç komitəsinin sədri Peter Maurer Moskvadan sonra Ukraynaya səfər edib.

Tünzalə
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir