Bildiyim kimi deyil — Mətbuat -145


Bildiyim  kimi deyil -- Mətbuat -145
Bu günə bu gündən heç nə yazammadım. Epistolyar üsluba öyrəşmiş, yazdığımın redaksiyada süzgəcdən keçirilib “səhifəyə qoy” -redaktor “əmri”” olmayanda məsuliyyət məsul olmur.

145 il əvvəl vəsait qıt, düşüncə, ideologiya zəngindi. Bu gün vasitə və vəsait hər evdə var… Bu peşəyə sahiblik edənlər də… Tik-Tok-da, Facebook-da. .. Kütləvilik anlayışının tərsindən anlayanlar üçün yazan çox, oxuyan yox… Oxunaqlı olması da ssensasiyaya hesablı. Yazıdığının “əmsalı” mətnin sonundakı saygac – sosial şəbəkələrdəki baxış sayına görə müəyyənləşir.

Onun yolu da doğruya donunu tərs geydirməkdən keçir. Məsələn… Tomas Man deyirdi ki, mətbuat-televiziya təhlükəli yerdir. Bir anda səni başa da qaldırar, başayaq da edər.

“”Qonzo jurnalistlər””- dövrüdür. O nədir? Bu qədər iddialı olan bilməsə də bu sualı verməyəcək. Çünki… Google axtarış əlinin altında, baxıb “yaddaşı onu aldatmırsa” yalanı ilə aldadacaq. Əsas odur ki, inadıra bilir.

Mətbuatın sifəti: Aynaya , güzgüyə bənzədirik. Görünən üz maskalı. Bu da günün tələbidir. Mətbuatın istiqaməti, qayəsi nədir?- Doğruluq, qərəzsizlik və vicdanlı –deyə deviz edənlər də elə onunla ittiham olundular. Bunun da portretini dəyərli həmkarımız Məhəmməd İsrafiloğlu cızıb. Mən plagiatlıq etməyim. Baxmayaraq ki, indiki bir çox mətbuatın “”donoru”” plagiatlıqdır.

Doğruluq, bundan başlasaq… Neçə gündür bir xəbər- sadəcə 5 suala cavab verəcək bir informasiyaya – bir doğru cavab tapa bilmirəm. Rakurslar fərqli qoyula, “”insan iti dişləyə”” bilərdən də keçib. Stəkanın dolu və ya boş tərəfindən baxmağı da sınamışam. Və “”Xəbərin dəqiq ünvanı bizdə””- deyib o qədər yanlış ünvana göndərəni var ki… Birincilik, ilkinlik reaksiyası da işin içinə girəndə… Olsun, sonra zədələnmiş inamını kim təmir edəcək problemi də mətbuatın deyil… O oxutdu sayını aldı. Gerisi… Eh “”Bildiyin kimi deyil””.

Yanlışı yanlışla düzəltmək də fizikanın qanunudur. Niyə əks yüklü enerji daşıyıcıları cazibə yaradır ki…?!

Bu günə bü gündən heç nə yazmaq həvəsim yoxdur!

Kəmiyyətə görə hesbalanan keyfiyyətdədir mətbuat. Bir papaqlıq materialdan 10 papaq da çıxarmı -deyənə, dərzi müsbət cavab verir. Tikir, amma ölçü başa uyğun olmur. Ölçü Zərdabi idi. “”Kağıza söz yazıb oxumaq üçün olmasa da, ocağı alışdıranda gözü alışsın””a hesab edib “”hərflərdən söz, cümlə, məqalə toxudu””. Oxutmaq vərdişi ilə alışdı sözlər ocaqda. Orada isindi, ətrafına yığa bildi bu qədər insanı.

Qapını döyməsə də düşüncəni qamçıladı. Özünə sahib olmaq üçün əvvəl özünü dərk etməlisən-özünü tanıyandan sonra öz və özgə haqqına girəni tanıyıb savaşa bilərsən-ismarıcıyla beyinləri dırmıxladı.

Azərbaycan mətbuatının bu gününə bu gündən heç nə yaza bilmirəm. Vasitələr, vəsaitlər başqadır. Düşündürənin yox, üşündürənin vəsaitidir – mətbuat.

Dostayevskinin Gertsen və Belinskiy arasında olan bir lətifəsini xatırlayıb bitirim. (Yaddaşımdandır, google axtarışdan olub, “”yaddaşım məni aldatmırsa”” aldanışı yoxdur))-T.V).

Belinskiy yazdığı ədəbi nümunəsində A-(özüdür) ilə cənab B (opponenti ) arasında olan söhbətin necə alındığını soruşur. Təbii ki, Belinskiy orada özünü dərrakəli və üstün göstərib.

Gertsenə -bu dialoq haqqında nə düşünürsən-deyə soranda cavab belə olur.

-Yaxşıdır, çox yaxşı. Görünür ki, sən çox ağıllısan. Amma səndə də həvəs var, bu qədər axmaq adama zaman itirmisən.

Sözə hörməti özünə hörmət hesab edən qələm əhli, Gününüz mübarək!

Tünzalə Vəliqızı,
Moskva
22.07.2020


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir