Biletsiz tacik polisi zibil qutusu ilə vurdu


Biletsiz  tacik  polisi zibil qutusu ilə vurdu
Rusiya daxili işlər nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə Tacikistan vətəndaşı metroda işlənmiş biletləri atmaq üçün olan zibil qutusu ilə polisi vurub.

Dünən gündüz saatlarında metronun “Domodedov”” stansiyasında turniketdən biletsiz keçmək istəyən Tacikistan vətəndaşını polis saxlayıb. Polis baş serjantı “qaçan dovşanı” protokol tərtib etmək üçün polsi oyağına aparmaq istəyəndə o, bilet atılan zibil qutusunu DİN əməkdaşının başına vurub.

Kobud biletsiz polis tərəfindən tutulub və bölməyə aparılıb. Onun 1985-ci il doğumlü Tacikistan vətəndaşı olduğu bilinib. İnzibati qaydanı pozan taciki, indi həm də cinayət məsuliyyəti gözləyir.

Saxlanılan taciklə bağlı inzibati qaydada protokol tərtib edilib, İnzibati Qanunpozma Kodeksinin 20.1 maddəsi (xırda dədəduzluq), RF Cinayət Məcəlləsinin 318-ci maddəsi ilə (Hökümət nümayəndəsinə təcavüz etmək) cinayət işi açılması nəzərdə tutulub.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir