Bir çoxları ilə xatirəsi olan lider- HEYDƏR ƏLİYEV


Bütün hallarda haqqında yazmaq, onunla bağlı fikir paylaşmaq birmənalı qarşılanmayacaq heç vaxt. Müxalifət və iqtidar cəbhəsinə ayrılan demokratik quruluşlarda bu məqsədəuyğundur. Buna baxmayaraq, yaşadığında və öləndən sonra ardından  söz etdirən böyük şəxsiyyətlər sırasındadır.

Sıradan biri olan da, kolxozçusu, pambıqçısı, çobanı, suçusundan özünə qədər galxan pillələrdə olanlarına kimi –xatirə şəkli qoya bilər ortaya.  Çünki O, hər yerdə idi. Çox kitablar həsr edilib, filmlər çəkilib, esselər yazılıb və yazılmaqda da davam edir, edəcək. Biri bu silsiləni doğrudan da onun yaşadığı  tarixin-dövrün üzünə aydınlıq salmaq üçün, digərləri də hər zamanlarda olduğu kimi “bəhrələnməyi  məqsəd edib”  davam etdirəcək.

Həqiqi əlini sıxan da danışacaq, sıxmayan da sıxmış, görmüş, ondan təqdir almıştək özünü təsdiqlədəcək. Böyüklərin fonunda durmaq insanı kiçitlməz – sarsılmaz  gerçəklikdir! Amma o fonda necə görünmək –bu mübahisəyə açıqdır.

Şəkilləri evlərin divarlarında asılan, onun  ədalətinə inanan –bilsə, xəbəri olsa həll edər-deyənlər də Azərbaycanın ən əlçatmaz, ünyetməz yerlərində olub.

Elə bir kənd, qəsəbə yoxdur ki, oradan olan bir insanın onunla “salamlaşma hekayəsi” olmasın.

Bizim yaşadığımız yerdə xatirələrini dinləyib, reallıqları “Xalq qəzeti”ndə təsdiqələnən neçə epizodu şəxsim adına dinləmişəm, görmüşəm.

Vardı, “Geroy Səmayə” xala İsgəndərova, Sücayət xala Qarayeva (Allah hər ikisinə rəhmət eləsin). Sovxoz podratçıları, planı yüz faiz yerinə yetirib Qaz-24 markalı avtomobili mükafat olaraq alanlar. O “geroylarla” təmasda olub, şəkil çəkdirib. Həm də Ağ evdə deyil, elə sahədə, Uzun Çinarın dibində. ( Bu arada nədənsə əmək qəhrəmənlarının da adının qabağında  bu mənsubiyyəti -bizə məxsus “qəhrəman” sözünü  “geroy” kimi islədirdilər o vaxtlar).

Sovet dönəmində daha yuxarıya gedişi, dönəm bitəndə dönüşü, xalqın çağırışına səs verib yenidən onunla birgə Azərbaycanı qurtarmaq, dirçəltmək yolundakı siyasətdə sərt, münasibətdə kövrək toxunuşu.

Yazsın dünən, bu gün, elə sabah da yazanlar. Fonunda durmaq işıqlandıracaqsa, hətta o duruş sərgiləyənə görə dəyişirsə, bu yenə onun böyüklüyüdür!

Tarixdə gəlib keçənlər, gəlib köçənlər və bir də hər şeyə rəğmən qalanlar var.

Bu yaddaş, bu xalq yüz illər sonra da araşdıracaq Onu və… Sonunda nəticə dəyişməz qalacaq. XX-XXI əsr aralığında Azərbaycan tarixinin keçidini, ağırlığını daşıyan Şəxsiyyət!

Ölümündən 1-dən 9-a kimi saylardan düzələn neçə 19, 20… və sair illər keçsə də.

Allah rəhmət eləsin!

P.S. AzərTAC-da işlədiyim müddətdə duyduğum xatirələr də qalsın sonraya.

Tünzalə Vəliqızı,
Moskva
12.10.2022


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir