BİR DURNANI VURDULAR


BİR DURNANI VURDULAR
(Əziz qələm dostum İmdat Avşara)

Keçən ilin payızında şairlər vətəni Koktebeldə olarkən məşhur rus şairəsi Marina Svetayevanın həyatı və yaradıcılığı haqda çox dəyərli məlumatlar əldə etmişdim. Hələ gəncliyində Koktebeldə istirahət etdiyi zaman dostlaşdığı, dövrünün sevilən və sayılan şəxslərindən olan Maksimilian Voloşin, eləcə də onun vasitəsilə tanış olduğu Efronlar, Hersıklar, Mandelştam və s… Svetayevanın bir şairə kimi inkişaf etməsində neçə böyük rol olnamaqları tarixə məlumdur.
Bu eləcə də başqa yaradıcı insanlara da şamil edilə bilər.
Ümumiyyətlə, fikir vermişəm ki, hər yerdə olduğu kimi ədəbiyyat dünyasında da insan tək qala bilməz, onu mütləq dostları, qələm yoldaşları, sözü və fikri bir olan həmkarları əhatə etməlidir. Əks halda insanın istedadı nə qədər güclü olur olsun, bir şamın küləyə davam gətirə bilməyəcəyi kimi, yavaş-yavaş sönüb gedər. Şəxsiyyəti əhatə edən mühitin onun yaradıcılığına və gələcəyinə təsiri çox böyükdür. Mənim də bir şairə kimi yaradıcılığıma, şeirlərimin məzmununa və dolğunluğuna təsir edəcək insanlar az deyil. Belə insanlardan biri də, Türkiyədə yaşayan şair, yazıçı, tərcüməşi və publisist dostum İmdat Avşardır.

Bəzən iki insanın bir-birini tanımasına şərait özü, bəzən isə üçüncü bir şəxs vəsilə olur. İlk öncə gözəl bir yazar kimi adını eşitdiyim və internet səhifələrindən hekayələrini oxuduğum, sonradan isə gözəl insan və səmimi bir dost kimi qəlbimdə özünəməxsus yer alan İmdat Avşarla tanışlığım həm şairitin, həm də sevimli şairimiz Məmməd İsmayılın vəsiləsilə olmuşdu.

BİR DURNANI VURDULAR
İmdat Avşar! İnsanların adlarına çəkdiyi həm elmə, həm də elə topluma yaxşı məlumdur. Bu mənada uzaqdan uzağa da olsa öyrənəcəkdim ki, ruhuna ad və qanad verən “imdat” kəlmiəsi başdan başa İmdat bəyin xarakterinə də aiddir.

Tale deyilən güc, əlinə qələm aldığı gündən bu yana Anadolunun Azərbaycan ətri gələn bölgələrində çalışan İmdat bəyi Azərbaycan aurasına salmış və ona Anadolu azərilərinin ağrılı-acılı taleyinə tərcümən olmaq vəzifəsini yükləmişdir. Belə də olmalıydı yəqin ki?! Avşar soyadını boşuna daşımırdrı ki?! Azərbaycan türklərinin millət kimi təşəkkülündə “Avşar” türklərinin nə qədər rol oynadığını bilməyən yoxdur.
Beləcə adından və soyadından gələn bir qan bağı onu Anadolu və Azərbaycan Türklüyü arasında bir körpüyə çevirmişdir. Bu günə qədər Azərbaycan ədəbiyyatında Anadolu türkçəsinə axtardığı saysız-hesabsız ədəbi nümunələr dediyimizin birbaşa sübutudur. Burada bəlkə bir az da üzülərək söyləyirəm ki, Qarabağ, Xocalı dərdini ədəbiyyata bu qədər dipdiri canlandıran əsərləri Azərbaycan ədiblərinin əsərlərində elə də görmürük. Sadəcə coğrafi məkan olaraq deyil, həm də bu dərdin yaratdığı faciə dalğasının dünyaya (xüsusilə Anadoluya) yayılmış faciəsini onun qədər tükürpərdici bir anlayışla ədəbiyyata gətirən ikinci bir qələm sahibi tanımıram, nə Anadolu da, nə də Azərbaycanda!

“Karabağ qaçqınları” hekayəsinin yanağa yox, ürəyə axan göz yaşlarıyla yazıldığına kimsədə şübhə qalmaz, bəlkə buna görə daşdan belə göz yaşı çıxaracaq bir əsərdir bu!
Ata-baba torpaqlarından ayrılıb bir parça çörək arxasınca qardaş qürbətə sığınan təkqollu, əlacsız musiqiçi atanın, özündən neçə yaş böyüyə ərə getməyə məcburi razı olan bir qızın, qəriblik ehtiyacı ucbatından bacarmadığı işdən yapışan və bu səbəblə də faciəvi şəkildə dünyasını dəyişən bir dəliqanlının hekayəsi!:””…Ayaqqabılarının biri siyah, biri kahvərəngindəydi, xəstəxanada fərq etdim. Boynunda siyah iplə bağlanmış bir muska vardı. Əlləri, yüzü, üstü başı, kömür karası…”( “Qarabağ qaçqınları””)

İmdat bəy gözəl ürəyə və incə ruha malik bir insandır. Bunu onun yazılarından hiss etməmək mümkün deyil. İnsanların bərabərliyi, pisin yaxşıya, zalımın zəifə zülmünün, ədalətsizliyin və haqsızlığın sonsuz bir fəryadla qabarması İmdat avşar əsərlərinin aqrılı məqamlarındandır. Onun, Türkiyənin məşhur və sevilən şairlərindən biri olan Əli Akbaşa ithaf etdiyi “Bahri usta” hekayəsində belə bir epizod var. Kəndin ağası gənc aşığı onun atasının gözü qarşısında döyür, lakin kimsə buna bir əngəl ola bilmir. Sadəcə məzəmmətedici nəzərlər və yanıb kül olan ürəklər… Və aşıq yanıqlı bir nəğmə oxuyur və bu yanıqlı səs sanki göy üzünə yayılır…:

“Bir yaratmış Allah tüm insanları
Ayrılık insanın sözünden olur.
Ayrı görme gel şu insanoğlunu
Her niyet kişinin özünden olur… “

İmdat Avşarın “Soyuq rüya” hekayələr kitabınına toplanan əsərləri oxuduqca isə həqiqətən də həyati təsvirlərin gur işığında adamı soyuq tər basır. Anadolu və Azərbaycan şivələrinə hakim olması və bu şivələrin onun əsərlərində canlı bir şəkildə qovuşub bir vəhdət təşkil etməsi, Türk dünyası ədəbiyyatında ona ayrıca toxunulmaz bir yer ayırır. Müştərək şair dostumuz Məmməd İsmayıl demişkən: İmdad Avşarın şairliyi yazarlığına dəstək olduğundan hər cümləsi az qala ən gözəl şeir misraları kimi oxunur.
“ Akşam, siyah bir fırça gibi geçti ufuktan və qurubun kızıllığını birkaç dakika içində kəndi rənginə boyayıverdi. Bağbaşı mahəlləsi hızla inən akşama boyun əğib karanlığa təslim olurkən, Ağbayırın yamacına birər dərviş gibi kurulan kərpiç evlərin yüzü də yavaş yavaş gölgələndi, soldu, kararmaya başladı…”” (“Soğuk röya”)

…Bayırın boranlı, içərin isti, amma ruha dar gələn qürbət qış axşamlarının birində oxuyuram kitabın adından ad aldığı “Soyuq röya” hekayəsini! Oxuyuram və yenə də Məmməd İsmayılın bir fikrinə də şərik çıxmaq məcburiyyətində qalıram: “Soyuq röya”ya yalnızca Anadolu ədəbiyyatının deyil, həm də dünya ədəbiyyatının hekayə janrında yazılmış ən önəmli əsərlərindən biri desək yanlış olmaz”.
Tərs kimi hekayə də təsvir olunan hadisələr də beləcə qarlı-şaxtalı bir mövsümdə baş verir. Yetim, kimsəsiz Mir Seyidi, imkanım olsaydı, o düşdüyü burulğandan nəyin bahasına olursa olsun dartıb çıxarardım. Allah İnsaf versin İmdad bəyə! Bu hekayəni elə gerçəkçi bir şəkildə yazıb ki, az qala zəng edib soruşmaq istəyirsən “Əfəndim, yəni heçmi Mir Seyidə kömək etmək, düşdüyü bəlallardan çıxarmaq olmazdı? Bu olmuş hadisədirmi, Mir Seyidin kimi kimsənəsi qalmamışmı?” Tərs kimi adı da bizim tərəflərin adlarından! Zəng etsəm nə cavab verərdi İmdad bəy, görəsən? Onsuz da bu hekayəyə olan heyranlığımı da gizlədə bilmirəm:
“Alışacaksın Mir Seyit! Öncə soğuq yataqlara girəcək, anasız uykulara dalacak və korkulu düşlər görəcəksin. Bazən altını isladacaksın, vücudunun sıcaklığı ilə kurudacaksın çamaşırlarını…. Yakın köylərdən gələn köpək səsləri karışıyor rüzgarın səsinə. Cincavat çayı, bütün səsləri köpüklü sularına katıyor, tüm səsləri sürükləyərək uzaklara doğru götürüyor….”” (“Soğuk rüya”)

Məqsədim heç də hər hekayəsi bir hadisə dəyərində olan “Soğuk rüya” kitabını təhlil etmək deyil. Bu yazı olsa-olsa İmdad Bəyin yaradıcılığına heyranlığını gizləməyən bir qələm əhlinin ürək sözləridir. Amma son olaraq bir fikrimi söyləmədən də olmayacaq.
Haqqında söhbət açmaq istədiyim əsər – “Soğuk rüya”nın son hekayəsidir.
Bir müddət öncə İmdad bəyin internet səhifələrində dağ yamancında tüfəng çiynində bir şəkli yer almışdı. O zaman içimdən keçmişdi, İmdad beyə yazam ki, dostum, boşuna o tüfəngi çiyinə keçirib poz vermə. Çünki “Şah qartal” hekayənlə hamıya mesaj göndərmişdin ki, bu ölümsüz hekayənin yazarı ovun yox, sözün ovçusudur. Çünki bu hekayə elə bir səviyyədə yazılmışdı ki, ondan təkcə insanların yox, elə ətəyində yaşadığı Ərciyəz dağının da, Şah qartalın da və sadəcə onların deyil, elə qartala ov olacaq kəkliklərində xəbəri vardır. Çünki bu dünyanı gözəgörünənlərdən daha çox gözəgörünməzlər idarə edir! Çünki dağların əsas ov sahibi – Şah qartalla qarşı-qarşıya gələn ovçu, ya da yazar özü ova dönüb bu etirafda bulunmuşdu:
“…Ardımda ahenkli kar sesleri ve dağların alışık olmadığı iri izler bırakarak yürümeye başladım.Kıvrıla kıvarıla, dağın yüksek yamaçlarına kadar uzanan derin bir vadiye saldım kendimi. Ufuklar güneşin şarkısıyla şenlenince, sesler çoğaldı, ritmik kar sesi o sesler arasında kayboldu. Her şey kendi dilinden konuşuyordu, rüzgar, kayalar, ağaçlar, otlar ve kar.”

Bir yazıçının amalı, arzusu – söz olmalıdır. Söz varlığı və həyat yoxluğu mübarizəsi hər zaman çiyin-çiyinədir. Yazıçılıq – yaradıcılıq və savaş, əbədi ədəbi ovçuluq və mübarizə – bundan başlanır və davam edir…

Dəyərli dostum İmdat bəylə mənim də bu yaxınlarda müştərək işimiz olub. Bu – “”Dostlarım bana bahar gönderin!”” adlə şeir kitabımdır. İmdat bəy mənim seçilmiş şeirlərimi Türk dilinə tərcümə etmişdir və kitab yaxın günlərdə işıq üzü görəcəkdir İnşaAllah! Ümid edirəm İmdat bəyin ürəyini verdiyi bütün əsərlər kimi bu kitab da oxucuların məhəbbətini qazanacaq.
İlahi sözün ovçusu olan İmdat bəy qardaşımız hələ ədəbiyyata hələ neçə-neçə dəyərli əsərlər bəxş edəcək və bizləri – onu oxuyub sevənləri hər zaman sevindirəcəkdir. Yolu açıq olsun!

Sözlərimi İmdat bəyin “Bir turnayı vurdular” şeirinə yazdığım cavabla bitirmək istəyirəm:

“Bir durnanı vurdular…
Ölümə doğru uçdu çölün vəfalı quşu”!
Ona ölüm gətirdi bu sonuncu uçuşu.

İsti-isti bilmədi köksündəki ağrını…
Qanadıyla sığadı o dəlinən bağrını.
Fəryadından baş alıb köç eylədi neçəsi…
Amansızın əlində qurğuşun bitmədikcə
Hələ çox zavallılar bu yerlərdən köçəsi!

Bir güllə bir ürəyi al-qan etdi, dağladı,
Neçə ürək ağladı…
Vurulan – səmalarda öz qanına bulandı,
Vuranlar hay-harayla yerdə büsat qurdular.
Dünyadan nə getdi ki? – Bir durnanı vurdular…

Moskva.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir