Biryulov sakininin öldürülməsindən qəzəblənən moskvalılar əhalini etiraza səsləyir


Biryulov  sakininin  öldürülməsindən qəzəblənən moskvalılar əhalini  etiraza səsləyir

Biryulovo sakinləri moskvalıları bu gün axşam dünən gecə paytaxtın qərbində keçirilən etiraz aksiyasının davamına səsləyir.

25 yaşlı Yeqor Şerbakovu öldürən qafqazlının tapılması tələbə ilə küçəyə cıxamağı planlaşdıran Moskvanın Biryulovo rayonunun sakinləri bu aksiyanın kütləvi xarater alacağına ümid edirlər.

“Rusiya xəbərlər xidməti” müxbirinin verdiyi məlumata görə daha bir xalq yığıncağı bazar günü saat 16:00-da olacaq və təşkilatçılar bu hadisəyə etinasiz qalmayan bütün moskvalıları iştirak etməyə çağırır.

Xatırladaq ki, dünən gecə 40-a yaxın Biryulovo sakini rayon daxili işlər şöbəsinin yerləşdiyi küçəyə toplaşaraq Yeqor Şerbakovun qatilinin tapılmasını, bu ərazidə tərəvəz bazarının yığışdırılmasını və miqrantlara kəskin nəzarət edilməsini tələb etmişdilər. DİN-nin Moskva şəhər Cənub inzibati dairəsi üzrə daxili işlər idarəsinin rəisi etirazçılarla görüşmüş, xalq nəzarətçiləri drujinası təşkil edib bu ideyanı müzakirə edəcəyini söylədikdən sonra sakinlər dağılışmışdılar.

10 oktyabrda Qafqaz simalı şəxs 25 yaşlı moskvalını ürəyindən bıçaqlayaraq hadisə yerindən qaçmışdı. Bu hadisə həmin ətrafda olan videokameraya düşüb və bütün polis heyəti qatilin axtarışına çıxıb. Lakin axtarış hələ ki, bir nəticə verməyib.

Məhəmməd
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir