Biryulovoda daha bir qətl


Biryulovoda daha bir qətl
Bu dəfə çoxsaylı bıçaq zərbəsi ilə özbək öldürülüb

Paytaxtin Biryulovo rayonunun dəmiryoluna yaxın yerində kişi meyidi tapılıb. Özbəkistan vətəndaşı çoxsaylı bıçaq yarasından ölüb. Bu haqda RBK-ya hüquq mühafizə orqanlarındakı mənbədən məlumat daxil olub.

Polisə ərazidə meyidin olması haqqında Saritsino və Pokrov-Kursk istiqamətindəki Moskva Dəmir Yolu (MDY)-nın növbətçisi məlumat verib. Onlar meyidin 6-cı Radial küçəsində olduğunu bildiriblər. Rusiya DİN bu xəbəri rəsmi olaraq təsdiqləyib.

Hazırda hadisə araşdırılır və cinayət işi qaldırılıb. Bloqqerlər bu qətlin güman ki, Yeqor Şerbakovun öldürülməsinə cavab və provokasiya kimi qiymətləndirirlər.

Məhəmməd, Moskva
/Yenises.ru /


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir