“Bizim litseydə bir millət var- RİYAZİYYAT!


“Bizim litseydə bir millət var- RİYAZİYYAT!
“Bizim litseydə bir millət var- RİYAZİYYAT!
Rusiya Federasiyasinin Çelyabinsk şəhərinin 5 saylı Polis İdarəsinin mayoru Yuliya Penzinanin 31 saylı fizika-riyaziyyat litseyinə göndərdiyi sorğu dövlət orqanlarında böyük əks-səda dogurub. Polis mayoru gonderdiyi sorğuda litseydə oxuyan Qafqaz millətlərindən olan şagirdlər haqqında məlumatın (şagirdlərin soyadı, adı, ata adı, doğum tarixi, yaşadığı yerin ünvanı, oxuduqlari sinif və valideynləri haqda məlumat) verilməsini istəmişdi.

Polis mayorunun sorğusuna litseyin direktoru Aleksandr Papov çox qısa və gözəl cavab verərək böyük hörmət qazanıb. Papov sorguya cavab olaraq belə yazıb: “Bizim litseydə bir millət var- RİYAZİYYAT!”. Belə bir cavaba görə Çeçenistan Respublikasinin parlamentinin deputatlar tərəfindən Aleksandr Papova təşəkkür məktubu gondərilib və direktoru Çeçenistan Respublikasına qonaq dəvət ediblər.

Çelyabinsk hüqüqşunası Aleksey Tabalov rayon prokurorluğundan polis mayorunun muraciətinin qanuni olub olmamasını yoxlamağı xahış etmişdir. Nəticədə polis mayoru Yuliya Penzina tutdugu vezifədən azad edilmişdir və Polis İdarəsinin rəisinə belə halların təkrarlanmamasi barədə xəbərdarlıq edilib.

Ramin Kaziımov
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir