Boston marafonunun finişində iki partlayış olub, ölənlər var


Boston marafonunun finişində iki partlayış olub, ölənlər var
Associated Press agentliyinin verdiyi məlumata görə Bostonda şəhər marafonunun finişində iki partlayış baş verib.

İdman tədbiri bitəndən 3 saat sonra Boylsten-stritin şimal hissəsində partlayış olub. Bir az keçmiş onun ardınca sonra ikinci partlayış törəyib.

Amerika KİV-i onlarla ölən və yaralananın olduğu haqqında məlumat verib.

Boston polisi 2 nəfərin öldüyünü, 22 nəfərin isə yaralandığını bildirir. Polislər marafonun qərargah binasinını bağlayıblar, binaya giriş və çıxış qapalıdır.

Boston marafonu- dünyada qədim və nüfuzlu uzaq məsafəyə qaçışdır. O 1897-ci ildən başlayaraq hər il keçirilir.

Leyla
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir