Boston terrorunda Rusiya və Türkiyə izi


Boston terrorunda Rusiya və Türkiyə izi
Associated Press agentliyi istintaq mənbələrinə istinadən xəbər verir ki, Boston terrorunda şübhəli bilinənlər Şimali Qafqaz bölgəsindən olan Rusiya vətəndaşlarıdırlar. Bu məlumata görə terrorçu olduqları güman edilənlər bir ildən artıqdır ki, ABŞ-da yaşayırlar.

NBC News adının gizli saxlandığı mənbənin məlumatına əsasən bilridib ki, onlar iki qardaşdırlar və ABŞ-a Çeçenistandan gəliblər. CNN-nin məlumatına görə qardaşlardan biri polislərlə atışmada həlak olub. Onun belindən terrorçu-qatilə məxsus kəmər tapılıb.

The New York Times-in xəbərində isə, ölən terrorçunun 26 yaşlı Tamerlan Tsarnayev olduğu deyilir. Onun axtarılan qardaşının isə 19 yaşı var, adı Cohardır.

Eyni zamanda CBS News isə şübhəli bilinənlərin rusiyalı olduğu kimi, Türkiyə vətəndaşı ola bilmələri ehtimalı da irəli sürülür. 19 yaşlı Cohar Tsarnayevin orta məktəbi Dağıstanda oxuğu və 2011-ci ildə Amerikada təqaüdlü Cambridge Rindge & Latin School məktəbinin məzunu olduğu bildirilir.

“Vkontakte” sosila şəbəkəsində Cohar yaşadığı yeri Boston, milliyətini isəmüsəlman olaraq göstərib, son dəfə səhifəsinə 04:04-də giridiyi məlum olur.

Polis bu yazılanlara haqda hələ ki heç bir rəsmi açıqlama vermir. İkinci şühbəlinin axtarışı üçün şəhərdə komendant saatı elan edilib. Sakinlərə küçəyə çıxmamaq, evə tanımadıqları adamı buraxmamaq tövsiyyə olunub.

Xatırladaq ki, 15 apreldə Bostonda keçirilən marafon zamanı iki dəfə dalbadal partlayış olmuş, hadisə nəticəsində 3 nəfər ölmüş, onlarla adam yaralanmışdır.

Məhəmməd Məmmədov
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir