«Botaş» şirkəti tarixi abidəni uçurur


«Botaş» şirkəti tarixi abidəni uçurur
Pir Hüseyn Şirvani xanəgahı ağır texnikaların hücumuna məruz qalıb

Şirvanda 1200 ildən artıq yaşı olan qədim tarixi abidə dağılmaq təhlükəsi ilə üzləşib. Belə ki, Pir Hüseyn Şirvani türbəsi «Botaş» şirkətinin ağır texnikaları tərəfindən bərbad vəziyyətə salınıb.

Bu barədə Yenises.ru-ya məlumat verən hüquq müdafiəçisi Azad İsgəndərli deyib ki, hal hazırda türbənin yerləşdiyi ərazi və binası təhlükəli vəziyyətə düşüb.

Qeyd edək ki, Pir Hüseyn Şirvani 954-cü ildə Şirvanda anadan olub. O, erkən orta əsrlərin dahi diplomatlarından biri sayılıb. Eyni zamanda, məşhur islam nəzəriyyəçisi və «Qələndəriyyə» təriqətinin başçısı olub. Hind tarixiçisi Vəssaf onu «dünyanın piri» adlandırıb. Onu da bildirək ki, xanəgah 11-14-cü əsrlərin nadir sənət incilərindən biri sayılır.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir