Böyük Britaniya Skripalın zəhərlənməsini Rusiyanın boynuna qoydu


Böyük Britaniya Skripalın zəhərlənməsini Rusiyanın boynuna qoydu
Böyük Britaniyanın baş naziri Tereze Mey bəyan edib ki, QRU-nin (Dövlət Kəşfiyyat idarəsi) sabiq polkovniki Skripal Rusiyada hazırlanan əsəb-paralitik maddəsi ilə zəhərlənib. Bu haqda Reuters məlumat verib.

Bundan əvvəl Böyük Britaniyada QRU-nun sabir polkovniki Sergey Skripal və qızının zəhərləndiyi maddəyə rast gəlinmədiyi bildirilmişdi.

O da qeyd edilir ki, Skripal zəhərlənməmişdən bir neçə həftə əvvəl mərhum rus oliqarxı Boris Berezovskinin gürəkəni Georgi Şuppu zəhərləməyə cəhd olunmuşdu.

Onu da xatırladaq ki, bu zəhərlənmə hadisəsində Rusiyanın əli olarsa, Britaniya xarici işlər naziri Boris Conson DÇ 2018-i baykot etmək məcburiyyətində qalacaqlarını söyləmişdi.
Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir