Braziliyada “Zenit”in futbolçusu Xalkın bacısını qaçırıblar


Braziliyada  “Zenit”in futbolçusu  Xalkın  bacısını  qaçırıblar
Yerli polislərin verdiyi məlumata görə “Zenit”in braziliyalı hücumçusu Xalkın bacısı Anjelika Vieyranı naməlum adamlar qaçırıb. Cinayətkarlar Anjelikanın olduğu maşının qapılarını bağlayaraq onu güclə özləri ilə aparıblar. Qaçırdanların tələbləri hələlik məlum deyil. Onlar nə Anjelikanın qohumları, nə də polislərlə əlaqəyə çıxmayıblar.

Braziliya mətbuatının xəbərinə görə futbolçuya kiçik bacısının qaçırılması haqqında məlumat verilib. Hazırda Rusiyanın “Zenit” klubunda oynayan xalq Barziliya yığma komandasının da da üzvüdür.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir