Breyvik törətdiyi cinayəti türklərin boynuna atdı


Breyvik  törətdiyi cinayəti   türklərin boynuna atdı

2011-ci ildə 77 adamı öldürən Andres Breyvikin məhkəməsi davam edir. Yenisəs.ru-nun Habertürk-ə istinadən verdiyi məlumata görə Breyvikin məhkəməsinin bugünkü iclasında qəribə olaylar yaşanıb. Uşaqlığı haqqında danışan Breyvik müsəlmanlar tərəfindən aşağılandığını, bunun da psixoligiyasından təsirsiz ötmədiyini söyləyib.

Bununla bağlı bir neçə misal da gətirib. Bryevik 7 yaşında olanda türk dostunun atasının onun velosipedini qırdığını, 15 yaşında metro vaqonunun çölündə getdiyi üçün pakistanlı metro sürücüsü tərəfindən şillələndiyini deyib.

Əvvələr psixoloji durumunda bir problemi olmadığı iddia edilən Breyvik, mutəxəssislər tərəfindən apreldə yenidən müayinədən keçirilib və ağlının tam yerində olduğuna qərara verilmişdi.

Breyvik Norveçdə törətdiyi cinyət təsdiq edildikdən sonra ya edam ediləcək, ya da cəza qanununda belə bir maddənin olmaması səbəbindən 21 il həbs cəzası alacaq.

/Yenisəs.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir