Britaniya XİN-nin başçısı Ukraynada gərginliyə görə Rusiyanı suçlayır


Britaniya XİN-nin başçısı Ukraynada gərginliyə görə Rusiyanı suçlayır
Böyük Britaniyanın xarizi işlər naziri Uilyam Heyq Ukraynada münaqişənin genişlənməsinin qarşıdakı may prezident seçkiləri üçün təhlükə olduğunu bəyan edib.

“Ukraynanın müstəqilliyi və suverenliyini düşünülmüş şəkildə pozmaq nişanələri var və bu çox təhlükəlidir””-deyə onun sözlərindən “”İnterfaks”” sitat gətirib.

Rusiyanın hərəkəti düşünülmüş şəkildə Ukraynada stabilliyi pozmaq və 25 maya təyin olunmuş prezident seçkilərini baykot etməyə yönəldiyini göstərir.

Nazir onu da əlavə edib ki, “”son sutkalarda Ukraynada baş verən hadisələr- bu açıq və təhlükəli şəkildə böhranın genişlənməsi deməkdir, onun üçün buna dəqiq beynəlxalq reaksiya lazimdir””.

Bundan əvvəl Heyq bildirmişdi ki, Avropa Şurasının mümkün 3-cü sanksiyası Rusiya ilə ticarət və maaliyyə əməliyyatlarına məhdudiyyət qoymaq olacaq.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir