Britaniyadakı terrordan sonra ultrasagçılar məscidə hücum etdilər


Britaniyadakı terrordan sonra  ultrasagçılar  məscidə hücum etdilər
“Sky News” telekanalının verdiyi xəbərə görə çərşənbə günü Londonun Vuliç rayonunda iki islamçının bir hərbçini qətlə yetirməsindən sonra ultrasağçı Müdafə liqası təşkilatının atkivləri ilə polislər arasında toqquşma olub.

“75-100 arasında insan pivəbarın qarşısında toplaşaraq millətçi mahnılar oxumağa başlayıblar. Sonra onlara liqanın atkivləri qoşulublar və aqressiya, qıcıqlandırma daha da böyüməyə başlayıb. Polsilərin olduğu istiqamətə pivə stəkanları, petard atıblar”-deyə telekanal məlumat verib.

Toplaşanlar rasist şüarlar və miqrasiya, İslamın yayılması əleyhinə ifadələr söyləyiblər. Polis toplaşanları əhatəyə almaq istəyib, lakin müqavimətlə qarşılaşıb. Zərərçəkənlər haqqında isə məlumat verilmir.

Çərşənbə günü axşam terror aktındna sonra Böyük Britaniyada daha iki məscidə hücum Esseksdə 43 yaşlı kişi Breyntri şəhər məscidinə bıçaqla soxularaq oranı yandırmaq istəyib. Cinayətkar tutulub. Kent qraflığında başqa bir kişi Qiliqem şəhər məscidinin binasını dağıtmaq istəyib. Polis əməkdaşları onun da saxlandığını bildiriblər.

Böyük Britaniyada yaşanan bu qalmaqala səbəb əvvəldən də xəbər verildiyi kimi iki islamçı radikalın Vuliçdə hərbçiyə bıçaqla hücum edib onu öldürməsi və hadisəni lentə alib göstərməsi olub. Polis onları saxlamağa cəhd etsə də silahlı müqavimət ilə üzləşiblər.

Baş verən hadisə “islamçıların siyasi motivli hücumu” kimi dəyərləndirilib, rəsmi mənbələr bildirirlər ki, hücumçular “Allahu-Əkbər”-deyə bağırırlarmış.

Britaniyanın baş naziri Devid Kemeronun sözlərinə görə hadisənin terror olduğu haqqında dəlil var.

Məhəmməd Məmmədov
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir