Bu bir spam (sitəm)dır …Şuşadan…


Açmayınnn!!!

Bir Qələbənin astanasında bir məğlubiyyət tarixinin anım günü əriyib gedir. İndi bizdə olsan…Sanki qonaqsan…Bizdə deyilsən.. Özündə də deyilsən… Bəlkə səni bizdən edən biz özümüzdə deyilik…

Yazılsın tarixə.. 8 May 1992– 8 May 2015
Bölmə, vurma, toplama, çıxma, …Riyaziyyat üçün deyil…Beynin məşqi üçündür…

Elə bəndəm…Bəndələri bəndindən çıxan bir elə…

Gəmi keyfi, Yad əsgərin məzarı, diplomatik korpusunun binası…sıralarına, sıralanmaya istisna qoyub bölən, bənd vuranlara…bir Qələbənin astanasında bir əsir gözəlin “əsrin gözəli””, “”əsərin gözəli”” yarışmasına məlul-məlul baxır.

Epistolyar üslub da daha köhnəlib. Poçtalyon “”Durnalar””ı qanadlanmır, “”Şikəstəsi”” havalanmır…””Cıdırında”” at kişnəmir, dağlarında bir-iki- üç- ocaqlar qalanmır…

Telefonu çəkmir, dalğaların qarşısını dağlar alıb. Mübariz bəndəsi bətnində, “”Dilqəmi””, “”Hüseyni”” havasına hava udmağa gedəni yolda sərğərdən…Səngəri sinəsində, uçurumu köksündə…

Kimlə, nəylə çatdırsın həsrətini??? “”Gəl boyuna qurban, ay Vətən oğlu”” ağısına ağlayıb, sənin eşqinə tost qaldıranlara…

Sosial şəbəkələrdə, restoranlarda “” sözu yedirtdim”” deyib sözsüz qalanlara…

Anım günü mən andım, bunu da təbdirlər planına əlavə edib plan (palan) dolduranlara…

Etirazının dividendini hesablayıb (mənəvisi bir yana, fiziki cəzasından qorxub) “”kimin yanında, kimə xoş gəlmək”” üçün sənin acınla belə özünü doyduranlara…

Xarıgülü həyətində yetşidirib, Şuşanın havasını süşələrə doldurub ciyərinə çəkənlərə…

Daha yazma, Şuşam, dağlarının sisi ilə səmaya cızdığın yazı-naxışa-möcüzənə sahib çıxıb, müzakirə edəcəklər…səni düşünmədən səni düşünürmüş kimi…

Daha yazma, Şuşam! Tarixində bir Qələbə ərəfəsində bir məğlubiyyətə boyun əymək olmayıb. Bu gün də olmasın!

Açmayın. Məndən gələn sitəm “”spamdır””!!!

Tünzalə Vəliqızı,
Moskva

 


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir