BU BİZİK!


BU BİZİK!
Yenə qarşıdan yeni “həmrəylik”” deyilən gün gəlir… Həmin gün həmrəng olmasaq da həmrəy olmağa “”söz”” verəcəyik, həmdərd olmasaq da həmfikir olmağa ən azı görüntü olaraq cəhd edəcəyik… Sonra “”qara yanvar”” gələcək… niyə qara? Bax bunu bilmirəm… Bilmirəm yanvarın nə günahı? Özü də 2013 – ün yanvarının. Axı bu yanvar “”o yanvar”” deyil…

Sadəcə adları eynidir qaragünlülərin… Keçəcəyik qanı yerdə qalanlarımızın qəbri önündən… Allah rəhmət eləsin, ruhları şad olsun da deyəcəyik… Hə, “”şad olsun”” deyəcəyk, “”şad etdik”” yox… sonra fevral gələcək… Bə burda niyə “”qara fevral”” yox, eləcə “”fevral? – bax bunu da bilmirəm… Amma onu da bilirəm ki, fevral ayının 25 – axşam saat 11-59 da konsertlər, yox, konsert olsa nə var ki… hər nədisə bax onlar dayandırılacaq… yani qadağan olunacaq (yoxsa…)! Fevralın 26-da saat 00-01 dən “”çayxana””, “”meyxana””, “”…xana””, “”…xana”” və s “”xana””lar işə düşəcək… Adamın üstündə Allah var, gərək düzünü deyəm: biz unutqan deyilik… “”24 saatlıq”” qara günləri də, “”24 günlük”” ağ günləri də qeyd edirik… Nə isə… dediyim odur ki, bu bizik – ay da dəyişsə, il də, belə lap illər də, dəyişməyən biz!

Elman Tovuz


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir