Bu gecə Moskvada yeni iPad-3 planşetinin satışına başlanacaq


Amerkanın Apple firmasının yeni iPad planşetinin Rusiya mağazalarında satışına mayın 24-25-nə keçən gecə (bu gecə) start veriləcək. Bu haqda Apple məhsullarının rəsmi satıcısı olan re:Store kompaniyasının mətbuat xidmətindən xəbər veriblər.

“Satışa rəsmi start mayın 24-dən 25-nə keçən gecə ru: Store kompaniyasının Moskva və Sankt-Peterburqdakı set mağazalarında başlanacaq. 25 may saat 10:00-dan isə Rusiyadakı bütün ru:Store set magazalarında satılacaq. Yeni model əvvəlki iPad-2 modelindən orta hesabla 2-4 min rubl baha olacaq. Ən sadə -16 Gb yaddaşı olan modeli ru:Store mağazalarında 20990 rubl, ən mükəmməl -64 Gb yaddaşı olanı isə 35990 rubldur. Satışa yeni iPad-ın ağ və qara rəngli 12 modeli gətirilib”- deyə kompaniya qeyd edib.

Telefon və elektronika satışı ilə məşğul olan Rusiyanın “Svyaznoy”, “Evroset”, “M.Video” kimi böyük set magazalar şirkətləri iPad-ın satışına başlayacaqlarını elan etsələr də onun tarixini gizli saxlayırdılar. Amma onarın hamısının eyni gündə satışa başlayacaqları ehtimal olunur.

Qeyd edək ki, ABŞ və Avstriya, Belçika, Bolqarıstan, İtaliya, Norveç və daha 25 ölkədə iPad-3-ün satışına martdan başlanıb.
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir