Bu gün Putinin Azərbaycana işgüzar səfəri başlanır


Bu gün Putinin Azərbaycana işgüzar səfəri başlanır
Azərbaycan ilə Rusiya arasında məlum soyuqluğa avqust ayının istisinin təsiri rəsmi Bakının ab-havasından asılı olacaq demək olarmı? Hər halda bu gün baş tutan səfər aradakı buzların əridiyini göstərir.

Rusiya prezidenti Vladimir Putinin bu gün Azərbaycana rəsmi səfəri başlanır. Azərbaycan prezidenti İlham Əliyevlə birgə danışıqlarda energetika və nəqliyyat sferasi da daxil olmaqla, beş-altı ikitərəfli sənədlərin imzalanması gözlənilir.

“Rusiya nümayəndə heyəti qeyd edir ki, danışıqlar çərçivəsində kompleks şəkildə ikitərəfli bütün məsələlərə toxunulacaq”-deyə RF prezidentinin köməkçisi Yuriy Uşakov jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə nümayəndə heyətinə RF XİN-nin başçısı Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, energetika naziri Aleksandr Novak, FHN-inin başçısı Vladimir Puçkov, İqtisadi inkişaf naziri Aleksey Ulyukayev, “Rosoboroneksport”un baş direktoru Anatoliy İsaykin, Xəzər dənizi danışıqlarında Rusiya nümayəndə heyətinin rəhbəri İqor Bratçikov, “Rosneft”in rəhbəri İqor Seçin, “Lukoyl”-nu rəhbəri Vahid Ələkbərov daxildir.

Uşakov onu da bildirb ki, danışıqların nəticələrinə görə beş-altı ikitərəfli sənəd imzalanması planlaşdırılır. Rusiya və Azərbaycan fövqəladə hallar nazirlikləri arasında qarşılıqlı əməkdaşlıq, nəqliyyat və enerji sahələrində də müqavilələr bağlanacağı rəsmi səfər paketinə daxil olan məsələlərdəndir.

Ayla Azəri
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir