“Bu gün Rusiya mediasında “Azərbaycan məhəbbətli” mövqe yoxdursa… VİDEO


“Bu gün Rusiya mediasında  “Azərbaycan məhəbbətli” mövqe yoxdursa... VİDEO
Moskvada “İnterfaks” agentliyində keçirilən mətbuat konfransında Rusiya KİV-də Qarabağ münaqişəsinin birtərəfli işıqlandırılmasının Azərbaycan-Rusiya münasibətlərinə qarşı təxribat olduğu yekdil fikri səsləndi.

“Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələrini Rusiyanın bəzi KİV-nin birtərəfli işıqlandırması dünya və Rusiyanın təhlükəsizliyi üçün son dərəcə ciddi təhdiddir. Federal və ya digər KİV-də Rusiya vətəndaşlarını hərbi, ya başqa vasitələrlə iştiraka çağıran müraciətlərin səsləndirilməsi Rusiyanın bütövlüyünə təhlükə yaradır”.

Bu fikirləri bu gün “İnterfaks” agentliyində “Azərbaycan-Rusiya münasibətlərinə dəstək” adı altında keçirilən mətbuat konfransında tanınmış jurnalist, RF prezidenti yanında vətəndaş cəmiyyəti və insan haqlarının inkişafı şurasının üzvü Maksim Şevçenko səsləndirdi.

Rusiya KİV-inin bir çoxunun “erməniyə məhəbbət” üzərində qurulmuş tok-şoularındakı birtərəfli mövqeyinə haqlı etirazını bildirən VAK-in icraçı direktorunun müavini Samir Məmmədov bəzi KİV-də səslənən Azərbaycan-Rusiya dostluq və qardaşlıq münasibətlərinə təhlükə toxumu səpən çıxışları düşünülmüş təxribat kimi qiymətləndirərək, onların bu təxribatına getməməyə çağırdı.

Samir Məmmədov Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasının Dağlıq Qarabağ münaqişəsinin həllində başlıca faktor olduğunu da qeyd etdi.

Rusiyanın bəzi KİV-nin ermənitərəf yanaşmasına münasibət bildirən beynəlxalq jurnalist, Beynəlxalq və Rusiya jurnalistlər birliyinin üzvü Səadət Qədirova bir neçə media qurumunun mövqeyi Rusiyanın rəsmi möveyini əks etdirmədiyini söylədi.

Rusiya XİN-nin mətbuat katibi Mariya Zaxarova brifinqdə açıqlamasında KİV-in bu yanaşmasını kəskin qinadığını-deyən Səadət Qədirova, hər hansı qurumu təmsil edən jurnalsit kimi deyil, müstəqil jurnalist kimi bu gün Rusiya mediasında Azərbaycanın mövqeyindən çıxış edən hər hansı söz sahibinin olmamasının günahını diasporun fəlaiyyətində bu istiqamətdə boşlüğün olması ilə əlaqələndirdi. O, Ümumrusiya Azərbaycanlıları Konqresi nəzdində media ilə əlaqə işçi qrupunun yaradılması təklifini irəli sürdü.

Maksim Şevçenko da Rusiya mediasında “erməni məhəbbətini” nümayiş etdirənlərin çoxluğunu “kimsəyə kimisə sevmə demək olmaz”, amma çoxsaylı diaspor təşkilatları, tanınmış ictimai xadimləri, zəngin iş adamları olan Azərbaycanın Rusiya teleməkanında adamı yoxdursa, bunun günahını özümüzdə axtarmalı olduğumuzu da vurğuladı.

“İnterfaks” agentliyində baş tutan mətbuat konfransında Azərbaycanın Moskvadakı müxtəlif diaspor təşkilatları, ictimai birlikləri və media qurumlarının nümayəndələri iştirak edirdilər.


Tünzalə Vəliqızı, Moskva
07.04.2016
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir