Bu maraqlıdır KEÇİLƏR GƏLİR!


Bu maraqlıdır  KEÇİLƏR GƏLİR!
Ulduzlar gələn ilin Taxta Qoyun və ya Göy Keçi üstündə təslim olacağının mübahisəsindəykən sizə kimdən deyim, nədən deyim, Türkiyə iş adamlarının tətbiq etdikləri işdən, yəni Avropada və Amerikada geniş yayılmış bir investisiya—yatırım modelindən. Ölkənin populyar qəzetlərindən birin olan “Hürriyyət”in müxbiri Duyğu Ərdoğanın maraqlı yazısı oxucuları heyvandarlıqda tətbiq olunan yeni sistemlə tanış edir. Məqsədi heyvandarlıq sahəsindən qazanc götürmək olan, lakin bəzi səbəblərə görə bilavasitə özü bu işlə məşğul ola bilməyən adamlara yardım edən Arşin Tarım ve Hayvancılık (Arşin Tarlaçılıq vı Heyvandarlıq) birliyi Türkiyənin Afyonkarahisar bölgəsində 135 hektarlıq sahədə yaratdıqları fermalarda 4 ildir ki,… keçi satmaqla məşğuldr. “Keçiləriniz çalışsın, siz qazanın!” şüarı ilə fəaliyyət göstərən birliyin iş prinsipi maraqlıdır. Keçiyə heç əlini belə vurmayan alıcı biri 800 türk lirəsinə (1 ABŞ dolları 2,24 türk lirəsinə bərabərdir) keçi alır. İki ildə bir keçi öz “xərcini” tamamilə çıxarır, üçüncü ilin süd gəliri alıcıya qalır, dördüncü ildə isə alıcı istəsə keçini fermaya 1000 lirəyə satır. Yəni keçi 4 il sonra 25 faiz artığına geriyə satılır. Keçilərə eyni fermada baxılır, mal sahiblərinin bunun əvəzində ödədikləri haqq isə bəsləndiyi müddətdə keçinin doğduğu balalardır. Fermanın sahibi Tolga Çamlıca fermada 10 başdan 600 başa qədər keçisi olan 45 yatırımçı olduğunu deyir. Hollandiyadan, Almaniyadan və Türkiyədən olan bu “fermerlərin” əsas qazancı keçi südü satışından olur.

2013-cü ilin məlumatına görə Türkiyədə 9 milyon 226 min baş keçi var. Keçən il ölkədə satılan 18 milyon ton ümumi südün isə cəmi 2,3 faizini keçi südü təşkil edib.

Dilimizdə əslində uyumlu, lakin hirslənəndə dözülməz olan adamlar haqqında danışanda işlədilən bir ifadə var: keçiləri gəlib. Üzümüzə gələn ildə keçiləriniz hirsə, hikkəyə yox, sağlamlığa, sevincə və bolluğa gəlsin!!!

Cəfər Sadıq,
Moskva, 14 dekabr 2014-cü il


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir