BU NÖMRƏYƏ ZƏNG ÇATMIR…


BU NÖMRƏYƏ ZƏNG ÇATMIR...

Afaq ŞIXLI

BU NÖMRƏYƏ ZƏNG ÇATMIR…

(Rəfiqəm Tünzalə Vəliqızına)

BU NÖMRƏYƏ ZƏNG ÇATMIR…
Afaq ŞIXLI
Rəfiqəm Tünzalə Vəliqızına

Köksünə məni sıxıb özcə üçün darıxan,
Gözləmədiyim anda əllərimi buraxan,
Arxam durmaq yerinə, bəzən büdrədib yıxan…
Sabahında bəlkələr,
Keçmişində kölgələr,
Bu günündə yalanlar,
Həyatında hesabsız, insan cildli ilanlar…
Daş ürəyin yiyəsi!
Bu qılıqla, bu şəstlə,
Bir kimsədə olmayan gözəlliklə, həvəslə,
Şeir dolu nəfəslə
Niyə gəldin ömrümə?

… Əlvida söyləyirəm
Içimdə yana-yana!
Eşqimi dana-dana bu oyundan çıxıram!
Sənə bir də aldanıb “canım” deməyim deyə
Dişlərimi sıxıram.
Çox heyif!
Sevməyəcəm səndən özgə bir kəsi!
Cansız telefonumtək susub qəlbimin səsi.

İstəyirsən söyləyim, mənsiz neyləyəcəksən?!…
Qurtula bilsən əgər “şeytanların” əlindən
Yerimi çəkəcəksən…
Solub gedən dünyana elə dərd əkəcəksən.
Yığacaqsan xaincə unutduğun nömrəmi,
İllərin arasından məni səsləyəcəksən,
Cavab gözləyəcəksən…
Deyəcəksən: “Bu eşqsiz həyatımda rəng çatmır!”
Amma yoxam mən daha dəstəyin o başında…
Yalnız eşidəcəksən:
Bu nömrəyə zəng çatmır……………
Bu nömrəyə zəng çatmır……………


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir