Buryatiyada Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edildi



Buryatiyada Dünya Azərbaycanlılarının Həmrəylik Günü  qeyd edildi
Rusiya Federasiyasının Buryatiya Respublikasında fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramını təşkil edib. Tədbir Buryatiya Dövlət Filarmoniyasında baş tutub. Azərbaycan Mədəniyyət Mərkəzinə Buryatiya Respublikası başcısı yanında millətlərarası şuranın üzvü Yusif Cəfərov rəhbərlik edir. O çıxışı zamanı sədrlik etdiyi müxtəlif diaspor təşkilatlarının 20 il ərzində gördüyü mühüm işlərdən söz açıb. Buryatiyanın Anqoya qəsəbəsindəki dəmir yolu vağzalına Heydər Əliyevin adının verilməsi, Bakıya Buryatiya rəsmilərinin səfərlərininn təşkii işində yaxından iştirak, və onlarla milli mədəni tədbirə görə diaspor lideri Buryatiyanın 350 illiyi, Azərbaycan Respublikasının Tərəqqi medalları ilə təltif edilib. Qeyd edək ki, ÜAK təşkilatı ləğv edilənə qədər Yusif Cəfərov həmin təşkilatın vitseprezidenti olmaqla yanaşı, Buryatiya Regional Nümayəndəliyinə sədrlik edib.
Buryatiyada Dünya Azərbaycanlılarının Həmrəylik Günü  qeyd edildi
Tədbirdə Azərbaycan Respublikasının Diasporla və xaricdə yaşayan soydaşlarımızla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun iştirakçılara ünvanldığı təbrik məktubu oxunub. Sənəddə Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti yüksək qiymətləndirilir, onun Rusiya – Azərbaycan münasibətlərindəki rolundan danışılır.

Bayram tədbirində Buryatiyanın rəsmi dairələrinin təmsilçiləri də iştirak edib. Buryatiya Respublikası Millətlərarası Komitəsinin sədri Mixail Xaritonov, Ulan Ude adminisrasiyasının sosial məsələlər və gənclər siyasəti üzrə komitəsininn sədr müavini Marqarita Mantatova, Buryatiya Xuralnın sabiq spikeri, hazirda deputat Matvey Qerşeviç, Baykal Gölünün qorunmasına dəstək fondunun rəhbəri Boris Danilov azərbaycan diasporunu bayram münasibətilə öz çıxışlarına təbrik edib, onun ictimai fəaliyyətini yüksək qiymətləndirib. Ulan Ude şəhər administrasiyasının sosial məsələlər və gənclər siyasəti üzrə komitəsininn sədr müavini Marqarita Mantatova şəhərin sosial həyatındakı fəallığına görə fərqlənmiş 6 nəfər soydaşımızı qramatolarla təltif edib.
Buryatiyada Dünya Azərbaycanlılarının Həmrəylik Günü  qeyd edildi

Tədbirin qonaqları arasında Rusiyada yaşayan tanınmış jurnalist Anar Həsənov da olub. İştirakçılara onun müəllifi olduğu “BAM onların qəlblərində” («БАМ в их сердцах») sənədli filmi təqdim edilib. Bu Heydər Əliyyevə həsr edilmiş 5 hissəli filmin birinci hissəsidir. Film SSRİ Nazirlər Kabinetinin sədr müavini vəzifəsində çalışmış Heydər Əliyevin Buryatiya Respublikasınım ərazisinə düşən Baykal Amur Maqgistralının tikintisindəki xidmətlərindən bəhs edir. Anar Həsənov çıxışı zamanı bildirib ki, əsrin layihəsi kimi məşhur olan BAM ın tikintisinin gedişatına Heydər Əliyev nəzarət edib. Müəllifin fikrincə BAM ın gerçəkləşməsi nəticəsində Buryatiyada infrastruktura inkişaf edib, yeni qəsəbə və şəhərlər salınıb ki, sadalananlar Rusiyanin inkişafına indi də müsbət təsirini göstərməkdədir. Film Buryatiyanın rəsmi şəxsləri, BAM ın tikintisində xidməti olan Buryatiya vətəndaşları ilə müsahibələr əsasında hazırlanıb.
Buryatiyada Dünya Azərbaycanlılarının Həmrəylik Günü  qeyd edildi
Gecənin fəxri qonağı Azərbaycan Respublikasının xalq artisti, beynəlxalq musiqi müsabiqələrinin qalibi, məşhur tenor Samir Cəfərov olub. Məşhur musiqiçi azərbaycan, rus və italyan dillərində dünya klassik musiqisinin tanınmış əsərlərini ifa edib. Heyrətamiz səsə malik ifaçını gecə iştirakçıları böyük sevinclə qarşılayıb. Samir Cəfərov tədbiri baramın məzmununa uyğun olaraq “Heydər Xalq, Xalq Heydər” kompoziyası ilə tamamlayıb.
Buryatiyada Dünya Azərbaycanlılarının Həmrəylik Günü  qeyd edildi

Buryatiya-Moskva
25.12.2018


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir