Buzlar qırıldı: Putinlə Erdoğan telefon danışıqlarında şəxsən görüşməyə qərar verdilər


Buzlar qırıldı: Putinlə Erdoğan telefon danışıqlarında  şəxsən görüşməyə qərar verdilər
Təyyarə hadisəsindən sonra Türkiyə və Rusiya arasıdna yaşanan gərginlik Erdoğanın Putinə göndərdiyi məktubundan sonra səngiyib. Uzun müddətdən sonra İki ölkə prezidentlər arasında buzlar əriyib və Ruisya prezidentinin təşəbbüsü ilə Erdoganla telefon danışıgı bu gün baş tutub.

Türkiyə prezidentinin mətbuat xidmətindən verilən məlumata görə 45 dəqiqə sürən telefon söhbəti hər iki tərəf üçün məhsuldar olub.

Putin İstanbul aeroportunda baş verən terror hadisəsi ilə bağlı Erdoğana başsağlığı verib. Söhbət zamanı ikitərəfli əməkdaşlıq çərçivəsində iki ölkə arasında münasibətlərin normallaşdırılmasından danışılıb.

Rusiyanın NTV kanalı da iki ölkə prezidentinin danışıqlarının “məhsuldar və pozitiv”” olduğunu qeyd edib.

İki ölkə lideri arasında görüş son dəfə il “”Böyük 20-lər””in Antaliyada keçirilən saamitində olmuşdu. Bundan bir neçə gün sonra isə məlum təyyarə hadisəsi baş vermiş və bu Rusya ilə Türkiyə arasında ciddi bohran yaratmışdı.

Artıq ilk addımlar atılıb və telefon danışığından sonra prezidentlərin şəxsi görüşləri gözlənilir.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir